Çağrı mərkəzi operatoru

Çağrı mərkəzi operatoru

"MY GROUP HOLDİNG" MMC
  • Şəhər

    Bakı, Heydər Əliyev pr 152 (Çinar Plaza)

  • Kateqoriya

    Digər

  • Maaş

    700 AZN

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    31 oktyabr 2025

  • Bitmə tarixi

    10 dekabr 2025

  • Telefon Nömrə göstər
  • E-mail E-poçt göstər

Vəzifə: Çağrı mərkəzi operatoru

1. Vəzifələr və məsuliyyətlər

  • Daxil olan zənglərə cavab verərək, məhsullar, xidmətlər və texniki problemlər barədə məlumat vermək.
  • Elektronika məhsulları və texniki avadanlıqlar haqqında məlumat verərək müştəriyə uyğun təkliflər hazırlamaq və satış hədəflərinə çatmaq.
  • Müştərilərə məhsulun istifadəsi ilə bağlı texniki dəstək vermək, nasazlıqlar və ya əməliyyat problemləri ilə bağlı həll yolları təqdim etmək.
  • Müştərilərin şikayət və problemlərini diqqətlə dinləyib, onları müvafiq şöbələrə yönləndirmək və həllin təmin olunmasına kömək etmək.
  • Çağrı mərkəzinin müvafiq bazasında müştəri məlumatlarının düzgün və tam olmasına diqqət yetirmək, məlumatların təzələnməsini təmin etmək.
  • Müəyyən edilmiş satış və xidmət hədəflərinə çatmaq üçün effektiv şəkildə çalışmaq, müştəri ehtiyyaclarını müəyyən etmək və düzgün məhsul və ya xidmət təqdim etmək.
  • Müştəri məmnuniyyətini təmin etmək məqsədilə müştəri ilə düzgün, səmimi və dostyana ünsiyyət qurmaq.
  • Yeni məhsul və xidmətlər haqqında biliklərin mütəmadi olaraq yenilənməsi və müştərilərə ən doğru məlumatın verilməsi.
  • Sayt üzərindən olunan müraciətlərin cavablandırılması.

2. Tələb edilən bacarıqlar və təhsil

  • Ali və ya orta ixtisas təhsili.
  • Yüksək ünsiyyət bacarıqları.
  • Problem həll etmə qabiliyyəti.
  • Müştəri məmnuniyyətini təmin etmə bacarığı.
  • Müvafiq texniki biliklər və məhsullar barədə məlumat.
  • Komanda ilə işləmək qabiliyyəti.
  • Microsoft Office və digər müvafiq proqramlardan istifadə bacarığı.
  • Çağrı mərkəzində və ya müştəri xidməti sahəsində iş təcrübəsi mütləqdir.
  • Azərbaycan və Rus dili - əsas; İngilis dilləri arzuolunandır.

3. İş saatları və əmək şərtləri

  • Əmək haqqı:   700 man.
  • İş qrafiki:        5 günlük iş qrafiki (11:00-20:00); İstirahət günləri: 2 gün.
  • İş yeri:            H.Əliyev pr.152, Çinar Plaza.

Uyğun namizədlər CV fomalarını hr@myshops.az poçt ünvanına mövzu hissədəÇağrı mərkəzi operatoru” qeyd edərək göndərə bilərlər.

 

 

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Müraciət üçün e-poçt daxil et

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox