Biznesin inkişafı departamenti / Optimizasiya şöbəsinin baş eksperti

Biznesin inkişafı departamenti / Optimizasiya şöbəsinin baş eksperti

Bank of Baku
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Heyətin idarəolunması

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    17 sentyabr 2024

  • Bitmə tarixi

    27 oktyabr 2024

Diqqət!

Bu elanın vaxtı bitib. Biznes proseslərin idarə edilməsi üzrə mütəxəssis vakansiyaları üçün bura keçid edin!

Vəzifə öhdəlikləri:

 

  • Bankın səlahiyyətli idarəetmə orqanı tərəfindən təsdiq edilmiş strategiyasının həyata keçirilməsi istiqamətində fəaliyyəti səlahiyyətləri daxilində əlaqələndirmək, digər struktur bölmələrlə bu istiqamətdə sıx əməkdaşlıq etmək
  • Bankın strateji planının icra səviyyəsini müəyyən edilməsində iştirak, planın icrasına nəzarətin effektiv təşkili məqsədilə Bankın rəhbərliyinə onun icrası ilə bağlı lazımi məlumat və hesabatların verilməsini təmin etmək
  • Bankda məhsul və xidmətlərin satışını həyata keçirən struktur bölmələrin (vahidlərin) fəaliyyətinin təyin olunmuş performans və keyfiyyət meyarlarına uyğunluğunu qiymətləndirmə prosesində iştirak etmək və nəticələri barədə məlumat vermək
  • Səlahiyyətləri daxilində, bank məhsulları və xidmətlərinin effektivliyini və müştəri məmnunluğunu təhlil etmək
  • Bazar ehtiyaclarını və imkanlarını müəyyən etmək üçün Bankın aidiyyəti struktur bölmələri ilə səlahiyyətləri daxilində əməkdaşlıq etmək,
  • Bankın inkişaf məqsədlərinə uyğun olaraq, yeni məhsul və xidmətlərin müəyyənləşdirilməsinə və onların təkmilləşdirilməsinə dəstək olmaq
  • Bilavasitə rəhbəri, Sahə rəhbəri və İdarə Heyətinin sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsi, Bankın Nizamnaməsi, Departamentin Əsasnaməsi və bankın digər korporativ aktlarından irəli gələn və bu aktlarla ona həvalə edilmiş digər funksiyaları icra etmək

 

Tələblər:

  • Ali təhsil- İqtisadi-idarəetmə sahəsində
  • Dil biliyi- Azərbaycan dili- yüksək, 
  • Sahə üzrə iş təcrübəsi- min 3 il
  • Excel- yüksək
  • Pl/SQL –başlanğıc
  • Power point - orta

 

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox