Biznes Proseslərin Optimallaşdırılması üzrə Şöbə Rəhbəri

Biznes Proseslərin Optimallaşdırılması üzrə Şöbə Rəhbəri

PASHA Insurance
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Sığorta

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    24 yanvar 2025

  • Bitmə tarixi

    28 fevral 2025

Diqqət!

Bu elanın vaxtı bitib. Biznes proseslərin idarə edilməsi üzrə mütəxəssis vakansiyaları üçün bura keçid edin!

 

Vəzifə və Öhdəliklər:

  • Şirkətin strateji hədəflərinə və əməliyyat modelinə uyğun olaraq Biznes proseslərinin idarə edilməsi strategiyası, çərçivəsi, qayda və metodologiyaların işlənib hazırlanmasını və yenilənməsini təşkil etmək;
  • Biznes proseslərinin təsviri, təhlili və optimallaşdırılması üzrə standartları hazırlamaq və tətbiq etmək;
  • Biznes proseslərinin idarə edilməsi modelini işləyib hazırlamaq;
  • Biznes proseslərinin reyestrini hazırlamaq və daimi olaraq aktual qalmasını təmin etmək;
  • Biznes proseslərinin yetkinliyini, effektivliyini ölçmək;
  • Biznes prosesləri üzrə əsas fəaliyyət göstəricilərini hazırlamaq və aktual qalmasını təmin etmək;
  • Şirkətin ehtiyacları və tələblərinə uyğun biznes proseslərinin idarə edilməsi üzrə qabaqcıl texnologiyaları və alətləri araşdırmaq, öyrənmək və tətbiq etmək;
  • Biznes proseslərinin müvafiq iştirakçılarının aydın və ətraflı vəzifə və məsuliyyətlərini müəyyən etmək;
  • Biznes proseslərində olan potensial riskləri və uyğun nəzarət mexanizmlərini ətraflı təsvir etmək;
  • Biznes proseslərinin iştirakçıları üçün proseslərinin effektiv idarə edilməsi üzrə maarifləndirmə təlimlərini keçirmək;
  • Biznes proseslərinin iştirakçılarının dəyişikliklər barədə vaxtında və effektiv məlumatlandırılmasını təmin etmək;
  • Biznes proseslərinin idarə edilməsi üzrə daxili hesabatlılıq sisteminin effektiv işləməsini təmin etmək;
  • Tabeçiliyində olan əməkdaşların daimi inkişafı üzrə effektiv proqramın təmin edilməsini təşkil etmək;
  • Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqlar.

 

Biliklər:

  • Biznesin idarə edilməsi, Əməliyyatların idarə edilməsi, Mühəndislik, İqtisadiyyat və ya oxşar sahə üzrə ali təhsil;
  • Kompyuter bilikləri: Peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı;
  • Biznes proseslərinin idarə edilməsi alətləri və texnologiyaları haqqında dərin biliklər və istifadə etmək təcrübəsinin olması;
  • Dil bilikləri: Azərbaycan və İngilis dilləri üzrə yüksək səviyyədə biliklərin olması, Rus dili biliyi arzuolunandır;
  • Müvafiq sahə üzrə beynəlxalq sertifikatları olan namizədlərə üstünlük verilir.

 

Təcrübə

  • Biznes proseslərinin idarə olunması sahəsi üzrə minimum 5 il təcrübə (Maliyyə institutları və ya məsləhətçi şirkətlərin birində təcrübəsi olan namizədlərə üstünlük verilir);

 

Bacarıqlar

  • Yüksək təqdimat bacarıqları;
  • Komanda ilə effektiv işləmək bacarığı;
  • Yaxşı ünsiyyət bacarığı;
  • Məntiqi, analitik və tənqidi düşüncə;
  • Yaradıcı düşünmə;
  • Təşəbbüskarlıq;
  • Dəyişiklikləri effektiv idarə etmə;

 

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Müraciət üçün e-poçt daxil et

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox