Biznes Proseslərin Optimallaşdırılması Şöbəsinin Rəhbəri

Biznes Proseslərin Optimallaşdırılması Şöbəsinin Rəhbəri

PASHA Insurance
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Maliyyə

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    25 may 2023

  • Bitmə tarixi

    24 iyun 2023

Diqqət!

Bu elanın vaxtı bitib. vakansiyaları üçün bura keçid edin!
  • Şirkət daxilində icra olunan prosedurlar üzrə məlumatları toplamaq, proseslərin yetkinlik səviyyəsinin yüksəldilməsi məqsədi ilə müvafiq təklifləri hazırlamaq;
  • Biznes proseslərin idarə edilməsi və daimi şəkildə təkmilləşdirilməsi üçün faydalı olan məlumatlar əsasında müvafiq tələbləri formalaşdırmaq;
  • Həyata keçirilən proseslərin səmərəliliyini izləmək, əməliyyatların optimizasiyası prosesini təşkilatlandırmaq, o cümlədən zəruri tələbləri formalaşdırmaq. 
  • Proseslərin təhlili və optimizasiyası vasitəsi ilə əmək məhsuldarlığının artırılması tədbirlərini təşkil etmək;
  • Şöbənin işçiləri arasında iş bölgüsü aparmaq və onların icrasına nəzarət etmək;
  • Təsdiq olunmuş planlaşdırma çərçivəsində təyin olunmuş hədəflərin icra olunmasına nəzarət etmək;
  • Proseslər üzrə müvafiq blok-sxemləri təhlil etmək və proseslərdə baş tutmuş dəyişikliklər üzrə gündəlik hesabatları nəzərdən keçirərək department rəhbərinə təkliflər hazırlamaq;
  • Biznes proseslərin təkmilləşdirilməsi üçün faydalı hesab olunan məlumatları müvafiq struktur bölmələrdən əldə etmək, ehtiyac olduqda təhlil üçün xronometrajlar təşkil etmək və tələblərin formalaşdırılmasına nəzarət etmək;
  • Şirkətin müvafiq proqram təminatında şöbə əməkdaşlarının iştirakı ilə yenilənmiş və təkmilləşdirilmiş biznes proseslərin tətbiq edilməsinə dəstək vermək;
  • Şöbə əməkdaşlarının iştirakı ilə yenilənmiş və təkmilləşdirilmiş biznes proseslərin Şirkətin müvafiq texniki mühitlərində yoxlanılmasına nəzarət etmək;
  • PAŞA Sığortada strateji layihələrin icra statuslarına və departamentlər üzrə spesifik təşəbbüslərin həyata keçirilməsi prosesinə dəstək vermək;
  • Təşkilatın effektivliyinin dəyərləndirilməsi məqsədi ilə performansın idarəolunması proseslərinə dəstək olmaq;
  • Şirkət daxilində yaradılmış olan işçi qruplarında iştirak etmək;
Namizədə tələblər:
  • Ali təhsil;
  • Dil bilikləri Azərbaycan, ingilis və rus dillərini yüksək səviyyədə bilməlidir;
  • Şirkətin əməliyyat sistemində aparılan əməliyyatları təhlil etmə bacarığına sahib olmalıdır;
  • Bilavasitə bu vəzifə təlimatı ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsində əsas sayılan qanunvericilik və normativ sənədlərinin tələblərini mükəmməl bilməli və işində rəhbər tutmalıdır;
  • Texniki (İT) biliklərin olması arzuolunandır;

Təcrübə:

  • Biznes proseslərin təhlili və idarəedilməsi sahəsində minimum 5 il iş təcrübəsi;

Bacarıqlar:

  • Komandada çalışmaq və idarəetmə bacarığı.
  • Güclü kommunikasiya və təqdimat bacarığı;
  • Beynəlxalq təcrübədə qəbul edilən proses metodologiyaları üzrə biliklər;
  • Təşəbbüskarlıq, problem aşkarlama və həllər təqdim etmək bacarıqları;

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Elan #849664

  • 947

Kateqoriya Maliyyə

İş rejimi Tam-ştat

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox