Təsvir:
- Bankın normativ sənədlər taksonomiyasını idarə etmək və Biznes Proseslərinin İdarə olunması (BPM) üzrə sənədlərin (siyasətlər, qaydalar, metodologiyalar, biznes proseslər, proseduralar, əməliyyat göstərişləri və s. ) qanunvericiliyə uyğunluğunun tənzimlənməsi;
- Bütün struktur vahidləri ilə birlikdə hazırlanan Biznes Proseslər toplusunda (BPU) dəyişikliklərin idarə olunması;
- Normativ sənədlərin yaradılması və təsdiqindən tutmuş, arxivləşdirilməsinə qədər bütün mərhələlərinin idarə edilməsi;
- Normativ sənədlərdə formatlaşdırma, terminologiya və üslubun standartlaşdırılması üçün qrup lideri ilə müzakirələrin edilməsi və sənədlərin standartlara uyğunluğunun təmin edilməsi;
- Proseslərin hazırlanması, təkmilləşdirilməsi və avtomatlaşdırılması üzrə layihələrin həyata keçirilməsi;
- Biznes proseslərinin mövcud təşkilati struktura uyğunluğunun təmin edilməsi;
- RPA layihəsi çərçivəsində əl ilə görülən işlərin müəyyən edilməsi, vaxtının ölçülməsi və RPA layihəsi ilə məşğul olan müvafiq əməkdaşlara bu barədə məlumatın verilməsi;
- Cari iş addımlarını dəqiq təsvir edən hərtərəfli biznes prosesi modellərini inkişaf etdirmək üçün qabaqcıl modelləşdirmə üsullarından istifadə edilməsi
- Biznes proseslərə edilən dəyişikliklərin, eləcə də funksiyalar arası təkliflərin vaxtında sənədləşdirilməsi, dəyişikliklərin aydın göstərilməsi və bütün tərəfdaşlarla razılaşdırılmasının təmin edilməsi;
- Struktur səmərəliliyi və effektivliyinin təkmilləşdirilməsi məqsədi ilə vəzifə və öhdəliklərdə dəyişiklik tələb olunduğu təqdirdə İR və Biznes vahidlərinə lazımi dəstəyin göstərilməsi;
- Proseslə bağlı problemlər ortaya çıxdığı halda effektiv həllər tapmaq üçün analitik və problem həll etmə bacarıqlarından istifadə edilməsi;
- Struktur vahidləri ilə birlikdə prosesin optimallaşdırılması üzrə təkliflərin və prosesin arzu olunan halının hazırlanması və tələb olunan məlumatların toplanıb araşdırılması;
- Büdcədənkənar işə qəbul lazım olduqda və ya strukturlara yeni iş ötürüldükdə İR sorğusu əsasında iş yükünün ölçülməsi;
- Prosesin icrasının təhlili, problemin kökünün müəyyənləşdirilməsi və prosesin optimallaşdırılması üçün zəruri hesabatların tələb olunması;
- Görülən işlərin qeydiyyatının aparılması və təqdimatların hazırlanması.
Tələblər:
- Təhsil: İqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili.
- İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3 il, öz funksiyasında 2 il iş təcrübəsi
- Lisenziya/ Sertifikat: Six Sigma Green Belt üzrə sertifikata üstünlük verilir
- Xarici dil: İngilis dili (səlis), Rus (səlis)
- Kompüter bilikləri: Microsoft Office (Excel) MS Visio, Fox – manager, Minitab
- Məhsul biliyi: tələb olunur.
- Bazar biliyi: tələb olunur.
- Digər: Güclü ünsiyyət bacarığı, konflikti həll etmək, işgüzar danışıqlar aparmaq, innovativ düşüncə və özünü inkişafı təbliğ etmək bacarığı.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!