Biznes Proseslərin İdarəedilməsi üzrə Mütəxəssis (Metodologiya və Modelləşdirmə)

Biznes Proseslərin İdarəedilməsi üzrə Mütəxəssis (Metodologiya və Modelləşdirmə)

PASHA Bank
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Bank xidməti

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    09 yanvar 2025

  • Bitmə tarixi

    13 fevral 2025

Diqqət!

Bu elanın vaxtı bitib. Biznesə Nəzarət və Maliyyə Təhlilçisi vakansiyaları üçün bura keçid edin!

 

Təsvir:

  • Bankın normativ sənədlər taksonomiyasını idarə etmək və Biznes Proseslərinin İdarə olunması (BPM) üzrə sənədlərin (siyasətlər, qaydalar, metodologiyalar, biznes proseslər, proseduralar, əməliyyat göstərişləri və s. ) qanunvericiliyə uyğunluğunun tənzimlənməsi;
  • Bütün struktur vahidləri ilə birlikdə hazırlanan Biznes Proseslər toplusunda (BPU) dəyişikliklərin idarə olunması;
  • Normativ sənədlərin yaradılması və təsdiqindən tutmuş, arxivləşdirilməsinə qədər bütün mərhələlərinin idarə edilməsi;
  • Normativ sənədlərdə formatlaşdırma, terminologiya və üslubun standartlaşdırılması üçün qrup lideri ilə müzakirələrin edilməsi və sənədlərin standartlara uyğunluğunun təmin edilməsi;
  • Proseslərin hazırlanması, təkmilləşdirilməsi və avtomatlaşdırılması üzrə layihələrin həyata keçirilməsi;
  • Biznes proseslərinin mövcud təşkilati struktura uyğunluğunun təmin edilməsi;
  • RPA layihəsi çərçivəsində əl ilə görülən işlərin müəyyən edilməsi, vaxtının ölçülməsi və RPA layihəsi ilə məşğul olan müvafiq əməkdaşlara bu barədə məlumatın verilməsi;
  • Cari iş addımlarını dəqiq təsvir edən hərtərəfli biznes prosesi modellərini inkişaf etdirmək üçün qabaqcıl modelləşdirmə üsullarından istifadə edilməsi
  • Biznes proseslərə edilən dəyişikliklərin, eləcə də funksiyalar arası təkliflərin vaxtında sənədləşdirilməsi, dəyişikliklərin aydın göstərilməsi və bütün tərəfdaşlarla razılaşdırılmasının təmin edilməsi;
  • Struktur səmərəliliyi və effektivliyinin təkmilləşdirilməsi məqsədi ilə vəzifə və öhdəliklərdə dəyişiklik tələb olunduğu təqdirdə İR və Biznes vahidlərinə lazımi dəstəyin göstərilməsi;
  • Proseslə bağlı problemlər ortaya çıxdığı halda effektiv həllər tapmaq üçün analitik və problem həll etmə bacarıqlarından istifadə edilməsi;
  • Struktur vahidləri ilə birlikdə prosesin optimallaşdırılması üzrə təkliflərin və prosesin arzu olunan halının hazırlanması və tələb olunan məlumatların toplanıb araşdırılması;
  • Büdcədənkənar işə qəbul lazım olduqda və ya strukturlara yeni iş ötürüldükdə İR sorğusu əsasında iş yükünün ölçülməsi;
  • Prosesin icrasının təhlili, problemin kökünün müəyyənləşdirilməsi və prosesin optimallaşdırılması üçün zəruri hesabatların tələb olunması;
  • Görülən işlərin qeydiyyatının aparılması və təqdimatların hazırlanması.

 

Tələblər:

  • Təhsil: İqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili.
  • İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3 il, öz funksiyasında 2 il iş təcrübəsi 
  • Lisenziya/ Sertifikat: Six Sigma Green Belt üzrə sertifikata üstünlük verilir
  • Xarici dil: İngilis dili (səlis), Rus (səlis)
  • Kompüter bilikləri: Microsoft Office (Excel) MS Visio, Fox – manager, Minitab
  • Məhsul biliyi: tələb olunur.
  • Bazar biliyi: tələb olunur.
  • Digər: Güclü ünsiyyət bacarığı, konflikti həll etmək, işgüzar danışıqlar aparmaq, innovativ düşüncə və özünü inkişafı təbliğ etmək bacarığı.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Müraciət üçün e-poçt daxil et

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox