Biznes analitika üzrə aparıcı mütəxəssis

Biznes analitika üzrə aparıcı mütəxəssis

Prosys MMC
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Maliyyə

  • Maaş

    2000 - 2500 AZN

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    06 sentyabr 2021

  • Bitmə tarixi

    06 oktyabr 2021

Diqqət!

Bu elanın vaxtı bitib. Biznes analitika üzrə mütəxəssis vakansiyaları üçün bura keçid edin!

PROSYS MMC-nin 14 ədəd proqram təminatı məhsullarının inkişaf etdirilməsi istiqamətində SCRUM komandasında Product Owner rolunu icra edərək aşağıdakı öhdəliklərin yerinə yetirilməsi:

- Sifarişçinin nümayəndələri ilə analitik müsahibələrin aparılması, sifarişçinin tələblərinin müəyyən edilməsi və təhlili

- Biznes tələblərin qeydə alınıb analiz olunaraq SCRUM komandasına ötürülməsi

- Mövcud olan informasiya sistemlərinin/proqram təminatının ekspertizasının aparılması

- Texniki tapşırıq, texniki təklif və digər analiz sənədlərinin hazırlanması (Funksional spesifikasiyanın yazılması və yaradılması)

- Proseslərin modellərinin sxemlər vasitəsi ilə qurulması və təsviri

- Texniki tapşırıqların SCRUM komandası ilə müzakirə edilməsi

- Tələblərin izlənilməsi

- Proseslərin effektivliyinin ölçülməsi üzrə zəruri tədbirlərin irəli sürülməsi

- Biznes tələblərinə görə hesabatların hazırlanması

- Yeni funksionallığın test olunması

- Proqram təminatlarında lazımi konfiqurasiyaların aparılması

- Daim yeni texnologiyalar haqqında bilik sahibi olması

- Sifarişçilərə məhsulların təqdimatının keçirilməsi

- İş vaxtı: həftənin 5 günü, saat 09:00-dan

18:00-dək. istirahet günləri: şənbə, bazar

- Əmək haqqı namizədin bilik, bacarıq və praktik iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq

Namizədə tələblər:

- Analitik təfəkkür və yüksək düşünmə qabiliyyəti
- Minimum 3 il iş təcrübəsi
- İT analitik, Biznes analitik və ya oxşar sahədə iş təcrübəsi
- Komandada işləmək, individual qərarlar alabilmək və stres altında işləyə bilmək
- Biznes və texnologiyanın tələblərini anlamaq
- Avtomatlaşdırılmış proseslərdə (Biznes, İT) iştirak etmiş olmaq
- Proqram təminatının inkişaf etdirilməsi prosesi haqqında biliklər
- Agile və SCRUM haqqında biliklər
- Rus/İngilis dillərində yazışma və ünsiyyət səviyyəsində biliklər
- SQL, PL/SQL üzrə biliklər
- Balsamiq Wireframes, Jira, MS - Office Visio proqram təminatlarını yaxşı bilmək
- Problemlərin həll edilə bilməsi və analitik təfəkkür

Qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində “Analitik” yazaraq CV formasını hr@prosys.az elektron ünvanına göndərməklə müraciət edə bilərlər.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox