Bu rolun əsas məqsədi, bank daxilində məlumatların (data) effektiv idarə olunması və təhlili vasitəsilə biznes qərar qəbuletməni dəstəkləmək, və analitik yanaşmalarla strateji fəaliyyətin optimallaşdırılmasına töhfə verməkdir.
- Ali təhsil
- Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə ingilis və rus dili
- Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi
- Analitik düşünmə qabiliyyət və iri həcmli məlumatlar ilə işləmə bacarığı
- Məsuliyyətlilik, operativlik və dəqiqlik
- Komanda ilə işləmək bacarığı
- Yüksək səviyyədə Microsoft Excel üzrə biliklər
- İri həcmli məlumat bazası və SQL sorğu dili ilə işləmək bacarığı
- Vizuallaşdırma alətlərindən ən azı biri ilə işləmə bacarığı
- Data analitika alətlərindən (Python, R, və s.) ən azı biri ilə işləmə bacarığı
- İnkişaf imkanları
- Rəqabətli əmək haqqı və bonuslar
- Yüksək təminatlı sığorta
- Dəstəkləyici mühit
- Visa Premium əmək haqqı kartı
- Korporativ endirimlər
- Korporativ tədbirlər
- Əlavə məzuniyyət
- Güzəştli təhsil və işçi krediti
- Data əsaslı fəaliyyət strategiyası və qərar qəbuletmə ilə bağlı təkliflər vermək
- Data Analitikası sahəsində yeniliklərin izlənilməsini və innovasiyanın tətbiq olunmasını təşkil etmək
- Müxtəlif sorğu və rəylərin hazırlanmasında iştirak etmək
- Toplanmış məlumatların ümumi və keyfiyyət analizini təşkil edir, aparılmış analizlər əsasında hesabat və təkliflərin hazırlanmasını təşkil etmək
- Dövri statistik icmalın hazırlanması, statistika üçün məlumatların toplanması və ümumiləşdirilməsində iştirak etmək
- BI (Business Intelligence) texnologiyalarının tətbiq olunmasını, müvafiq sistemlərin qurulmasını təşkil etmək və idarə edilməsində iştirak etmək
- Mövcud hesabatların və BI həllərin işləkliyinə nəzarət etmək. Əgər uyğunsuzluq olarsa, operativ olaraq müdaxilə edərək, problemin həllini təmin etmək
- Deskriptiv, Diaqnostik hesabatların və təhlillərin hazırlanmasını, qərar qəbuletməyə təsir edəcək hesabat və rəylərin formalaşdırılması
- Fəaliyyət istiqaməti üzrə şöbəyə daxil olan müraciətləri araşdırırmaq və cavablandırılmasını təmin etmək
- Vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirmək
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!