Vakansiya haqqında
“SIESCO” MMC - mühasibat uçotunun avtomatlaşdırılması və idarə edilməsi üzrə ixtisaslaşmış dinamik inkişaf edən şirkətdir. Şirkətimiz Azərbaycanda “1C“ firmasının partnyorudur. Mühasibat uçotu, idarəetmə uçotu, istehsalın idarə edilməsi, satınalma və satış prosesləri, əmək haqqı və kadr uçotunun avtomatlaşdırılması üzrə yüksək keyfiyyətli xidmətlər göstəririk.
Biz Sizə uğurlu karyera qurmaq və peşəkar inkişaf etmək imkanı təklif edirik. Şirkətimiz öyrənmək istəyən, işinə pozitiv və yaradıcı şəkildə yanaşan şəxslər axtarışındadır.
İş barədə məlumat:
- 1C proqramı üzrə müştəridən gələn tapşırıqların toplanılması və proqramistə ötürülməsi;
- Müxtəlif məlumatların 1C proqramına daxil edilməsi;
- Alınmış tapşırıqların təhlil edilməsi və müştəri konsultasiyası;
- Müştəriyə onlayn və ya əyani təlimlərin keçirilməsi;
- Alınmış tapşırıqların texniki tapşırıq formasına salınması;
- İş saatları bazar ertəsi və cümə günləri saat 10:00-dan 19:00-dək, şənbə günləri isə 11:00-dan 18:00-dək;
- Əmək haqqı:550-1100₼ aralığında kandidatın bilik və bacarığından asılı olaraq dəyişir;
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!