Biznes analitik

Biznes analitik

Cybernet MMC
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Marketinq menecment

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    06 noyabr 2020

  • Bitmə tarixi

    06 dekabr 2020

Diqqət!

Bu elanın vaxtı bitib. Biznes analitika üzrə mütəxəssis vakansiyaları üçün bura keçid edin!

Vəzifə öhdəlikləri:

• Layihə çərçivəsində istifadəçi tələblərinin toplanması üçün müştəri ilə görüş və analitik intervyuların həyata keçirilməsi;
• İstifadəçinin tələbləri əsasında lazımi qanunların və müştərinin müəssisə daxili qaydalarının öyrənilməsi və bu əsasda analiz işlərinin həyata keçirilməsi;
• İstifadəçinin tələbləri əsasında sistemin məntiqi dizaynının, müxtəlif tipli diaqramların, sxemlərin və istifadəçi interfeysi eskizlərinin hazırlanması;
• Müştərinin biznes proseslərinin öyrənilməsi, müvafiq diaqram metodları ilə modelləşdirilməsi və analiz edilməsi;
• İstifadəçi tələblərinin analizi nəticəsində Sistem Tələblərinin Spesifikasiyasının (Analiz sənədi) hazırlanması və müştəri ilə razılaşdırılması;
• Sistemin proqramlaşdırma mərhələsində sistemin tələbləri və Analiz sənədinin təhlili ilə bağlı proqramçılara lazımi informasiya dəstəyinin göstərilməsi;
• Sistemin tətbiqi mərhələsində müştəriyə lazımi təlimlərin verilməsi və istifadəçi təlimatlarının hazırlanması.

İş şərtləri və şəraiti:

• Tibbi sığorta
• Mükafat və bonus sistemi
• Əmək haqqı – namizədin bilik, bacarıq və təcrübəsinə əsasən razılaşma yolu ilə təyin olunacaq.


Namizədə tələblər:

• Ali təhsil (İnformasiya və kommunikasiya texnologiyaları sahəsində ali təhsili olan namizədlərə üstünlük verilir);

• İT sahəsində biznes analitik və ya sistem analitiki vəzifəsində ən azı 2 il iş təcrübəsi;

• Proqram təminatının tətbiqi layihələrində iş təcrübəsi;

• Biznes sahəsi və biznes proseslərin idarə edilməsi sahəsində bilik və təcrübə;

• Proqramlaşdırmanın və VBİS-nin əsaslarını bilmək;

• İstifadəçinin tələbləri əsasında müxtəlif tipli diaqramların, blok-sxemlərin, interfeys eskizlərinin hazırlanmasında bilik və təcrübə;

• Sistem Tələblərinin Spesifikasiyası (Analiz sənədi) və digər sənədlərin hazırlanmasında iş təcrübəsi;

• Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (yaxşı), Rus dili (yaxşı);

• Analitik düşüncə tərzi, komandada işləmə və ünsiyyət qurma bacarığı.

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Biznes analitik” mövzusu altında hr@cybernet.az elektron ünvanına göndərə bilərlər.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox