Biznes analitik

Biznes analitik

PASHA Life
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Maliyyə

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    20 iyun 2023

  • Bitmə tarixi

    20 iyul 2023

Diqqət!

Bu elanın vaxtı bitib. Biznes analitika üzrə mütəxəssis vakansiyaları üçün bura keçid edin!

1. Çalışdığı komandada məhsul və proseslərin optimallaşdırılması yönündə təhlillər aparmaq;
2. Məhsul və proseslərin hazırlanması və təkmilləşdirilməsi zamanı müştərilər və əlaqəli tərəflərlə davamlı görüşlər keçirmək, müştəri rəylərini toplamaq, təhlil etmək və təkmil həllər hazırlamaq;
3. Prosesləri vizuallaşdırmaq, asılılıqları üzə çıxarmaq, vaxt və enerji itkisinə gətirən bəndləri proseslərdən çıxarmaq;
4. Məhsul və proseslərin hazırlanması və təkmilləşdirilməsi zamanı xərc-gəlir təhlliləri aparmaq, gördüyü işlərin effektini ölçmək;
5. Komandaya məhsul və proseslərlə bağlı texniki sənədlər (istifadəçi və texniki səviyyədə) və həllərin aydın şəkildə ötürmək;
6. Komanda tərəfindən görülmüş işləri istifadəyə təqdim etmədən öncə test planları və test ssenariləri hazırlayıb keyfiyyətə əmin olmaq;
7. Məhsul və proseslərin hazırlanması zamanı potensial riskləri öncədən görmək, nəzərə almaq, daxili qayda və prosedurlarla uyğunluğuna əmin olmaq;
8. Məhsul və proseslərin hazırlanması zamanı innovativ həllərin tapılması və tətbiqinə nail olmaq;
9. Bölmənin görüşləri zamanı digər biznes analitiklərlə uğurlu təcrübələri paylaşmaq, onların təcrübələrini öyrənmək və tətbiq etmək.

Namizədə tələblər:

İş təcrübəsi: Biznes analitika sahəsi üzrə 1 il iş təcrübəsi tələb olunur.
Təhsili/ixtisası: Maliyyə, İqtisadiyyat, Riyaziyyat və ya İT ixtisasları üzrə bakalavr dərəcəsi
Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: orta, Rus dili: orta
Üstünlüklər: -İT sahəsi üzrə sertifikasiya və ya dərəcələrin olması,
-Maliyyə sektorunda biznes proseslərinin idarəedilməsi üzrə və ya İnformasiya texnologiyaları sahəsində(proqramlaşdırma) analitik kimi ən azı bir il iş təcrübəsi,
-ERP proqramlarından istifadə sahəsində təcrübə arzuolunandır,
-Arxitektura növü (Rest/Soap),
-Verilənlər bazasının (SQL) sorğulanması üzrə bilikli,
-Agile (Scrum) metodologiyası və blok sxemlər (BPMN) üzrə biliklərə sahib olması,
-Layihə və Startup təcrübə,
-Agile (Scrum) metodologiyası və blok sxemlər (BPMN) üzrə biliklərə sahib.
Kompüter bilikləri: MS Office: əla
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və problem həlletmə, planlaşdırma.

İmtiyazlar
Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox