Bakı, Bakı, Yasamal, Həsən bəy Zərdabi 71A, Bakı
Texnologiya
Razılaşma ilə
Razılaşma yolu iləTam-ştat
Ali
22 noyabr 2025
01 yanvar 2026
Biotibbi mühəndislik (Biomedical engineering)
Şirkət Haqqında
3A Group MMC stomatoloji avadanlıqların Azərbaycanda aparıcı distribyutoru olaraq tanınır.
Şirkət BEGO, AVİMETAL, SHINING 3D, DEPRAG, ARMARESİN və Paragon Tools kimi dünya marka məhsullarının rəsmi distribyutoru kimi fəaliyyət göstərir.
Vəzifənin Təsviri
• Cad/Cam, Rentgen, 3D metal lazer və digger laboratoriya avadanlıqları, stomatoloji rentgenlər və peçlərin müştəri ünvanında peşəkar quraşdırılması və işə hazır vəziyyətə gətirilməsi
• Avadanlığın müştəriyə təhvil verilməsi, iş rejimi və istifadə qaydalarının izah edilməsi
• Bir il sonra texniki xidmət, nasazlıqla bağlı təmir, proqram təminatının yenilənməsi və avadanlığın parametrlərinin tənzimlənməsi
• Zəruri hallarda müştəri ilə texniki dəstək koordinasiyası, ehtiyat hissələrinin müəyyən edilməsi və təmin olunması
Tələblər və Bacarıqlar
• Mexanika və ya elektronika mühəndisliyi üzrə ali təhsil
• CNC texnologiyaları, stomatoloji rentgen sistemləri və tibbi peçlər üzrə minimum 2 il praktiki təcrübə
• Quraşdırma və servis sahəsində təcrübə, diaqnostika və təmir bacarıqları
• Proqram təminatında işləmə təcrübəsi (proqramlaşdırma, yenilənmə, diaqnostika)
• Problem həll etmə bacarığı, müştəri yönümlü yanaşma, kommunikasiya və analitik düşüncə
• Dil bilikləri: Yüksək səviyyədə ingilis dili biliyi (texniki sənədlər və ünsiyyət üçün), rus dili biliyi arzu olunandır.
CV-də Görmək İstədiklərimiz
1. Təhsil sənədləri (tibbi laboratoriya, biotexnologiya, mexanika, elektronika və ya əlaqədar sahə)
2. CNC, rentgen və laboratoriya avadanlıqları üzrə iş təcrübəsi
3. Proqram təminatı və servis/təmir işləri ilə bağlı nümunələr (sertifikatlar, portfel və ya referanslar)
4. Müştəri kommunikasiya və koordinasiya bacarıqları
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik
müddətinin sonunadək orada qalacaq.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.