Vakansiya haqqında
Öhdəliklər
·Bazar və likvidlik riskləri üzrə təhlillər aparmaq;
·Yerli və xarici qiymətli kağızlar və pul bazarları üzrə risk təhlilləri aparmaq, riskləri qiymətləndirmək;
·Bankın yeni yerləşdirmələrinin bankdaxili qiymətli kağızlara investisiya siyasəti və prosedurlara, risk limitlərinə, habelə requlyativ norma və limitlərə uyğun aparılmasına nəzarət etmək;
·Riskə məruz dəyər, durasiya, həssaslıq təhlili kimi alətlər ilə bazar riskini ölçmək;
·Faiz dərəcəsi riskini qiymətləndirmək və modellərin yenilənməsində iştirak etmək;
·Risk menecment alətlərindən istifadə edərək investisiya portfelinin təhlil edilməsinə dair təkliflər vermək;
·LCR, NSFR, ani likvidlik göstəriciləri hesablamaq, ödəniş müddətlərinin bölgüsü və likvidlik qəpi kimi təhlillər aparmaq;
·Təhlillərin dərinləşdirilməsi və təkmilləşdirilməsi məqsədilə qabaqcıl təcrübəni araşdırmaq.
Tələblər
Sizin barənizdə:
·Analitik düşünmə və operativ qərarvermə qabiliyyətinə malik olmaq;
·Praktiki Excel bacarıqlarına sahib olmaq;
·SQL və ya Python-da proqramlaşdırma təcrübəsinə malik olmaq;
·Tableau və ya Power BI-da işləmək bacarıqlarına sahib olmaq;
·CFA və ya FRM sertifikatlarına sahib olmaq üstünlüyünüzdür;
·İngilis dili biliklərinizin olması mütləqdir, rus dili bilikləriniz üstünlüyünüzdür.
Kapital Bank-da iş mühiti ilə daha yaxından tanış olmaq üçün keçid edin -https://bit.ly/3JfQX9T
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!