Vaxtı bitib

Baş UX/UI Dizayner

17 noyabr 2025 855 baxış

  • Maaş Razılaşma ilə
  • Bitmə tarixi 17 dekabr 2025
  • Ünvan Bakı, Azərbaycan
Diqqət!

Bu elanın vaxtı bitib. UI/UX dizayner vakansiyaları üçün bura keçid edin!

İşəgötürənlər üçün

UI/UX dizayner üzrə əməkdaş axtarırsınız?

Hazırda 178 aktiv namizəd UI/UX dizayner vəzifəsi üzrə iş axtarır

Oxşar vakansiya yarat

Vakansiya haqqında

Təsvir

·       Müstəqil və köklü araşdırma aparmaq bacarığı: İstifadəçilərin və müştərilərin istifadə təcrübələrini öyrənmək, anketlər, müşahidələr və fokus qrupları vasitəsilə verilənləri toplamaq. Bu məlumatları analiz edərək istifadəçilərin ehtiyaclarını və problemlərini müəyyən etmək;

·       İstifadəçi ehtiyaclarına uyğun olaraq flowların, interfeyslərin və prototiplərini hazırlamaq. Bu, veb saytlar, mobil tətbiqlər və digər rəqəmsal interfeyslər üçün şablobların, elementlərin yaradılmasını əhatə edir;

·       Bankın korporativ kimliyinə və marka qaydalarına uyğun dizaynlar yaratmaq. Bu, rənglər, fontlar və digər vizual elementlər üzərində işləməyi daxil edir;

·       Dizayn həllərini müxtəlif istifadəçi qrupları ilə test etmək və onlardan geribildiriş toplamaq. Bu geribildirişlərə əsaslanaraq dizaynları optimallaşdırmaq və istifadəçi təcrübəsini yaxşılaşdırmaq;

·       PAŞA Bank-ın Dizayn sistemindən istifadə etmək, yeni komponentlər və qaydalar yaratmaq bacarığı;

·       Məhsul, marketinq, IT, hüquq və digər əlaqəli departamentlərlə yaxın işləmək. Ümumi məqsədləri və layihə tələblərini qarşılamaq üçün effektiv kommunikasiya və koordinasiya bacarıqlarını nümayiş etdirmək;

·       İstifadəçi təcrübəsini artırmaq üçün komandaya dizayn layihələrdə dəstək;

·       İstifadəçilərin bankın rəqəmsal məhsulları arasında asan və effektiv şəkildə hərəkət etmələrini təmin etmək üçün istifadəçi flowlarını təhlil etmək, optimallaşdırmaq və yaratmaq. Həmçinin, dizayn komandasına bu axınlarla bağlı təlimatlar vermək və bu sahədə olan yenilikləri komandaya ötürmək;

·       Layihə və məhsulların hazırlanmasında müştəri təcrübəsi, istifadəçiyə yönümlü interfeyslər və prototiplərlə yüksək səviyyədə işləmək bacarığı;

·       Rəqəmsal həllərin yaradılmasına dəstək olan seminarların və "Design Thinking" yanaşmasının tətbiq edilməsi;

·       Komandada UX/UI biliklərinin artırılmasında bilavasitə rol oynamaq bacarığı;

·       Məhsulların dizayn tərtibatının yaradılması zamanı komanda üzvlərinə tövsiyyələr və rəylər vermək bacarığı;

·       Komanda üzvlərinin potensialını artırmaq üçün mentorluq və rəhbərlik etmək;

·       Dizayn strategiyalarını işləmək və bankın ümumi məqsədlərinə uyğun dizayn hədəflərini müəyyən etmək. Dizayn və məhsul komandalarına rəhbərlik etmək, onların işinə yön və motivasiya vermək;

·       Bankın rəqəmsal və fiziki məhsulları üçün bütün dizayn standartlarını təyin etmək. Bu, marka kimliyi, istifadəçi interfeysi (UI), istifadəçi təcrübəsi (UX) və əlçatanlıq standartlarını əhatə edir;

·       Yeni texnologiyaları və dizayn metodologiyalarını öyrənmək və bankın rəqəmsal məhsullarına inteqrasiya etmək. Bu, süni intellekt, maşın öyrənməsi və bulud texnologiyaları kimi sahələrdə yenilikləri əhatə edə bilər;

·       Agile metodologiyası haqqında məlumatı və təcrübəsi olmaq.

Tələblər

·       İş təcrübəsi (il və/və ya sahə olaraq): Proqram təminatı, istifadəçi təcrübəsi və interfeysinin yaradılması sahəsində 5 ildən artıq təcrübə. Agile metodologiyası ilə işin qurulması bilikləri olması üstünlükdür;

·       Texniki səriştələr: İstifadəçi yönümlü rəqəmsal həllərin, məhsulla bağlı güclü instinktlərin və prosesslərin tez zamanda müəyyənlişdirilməsi, Prototiplərin hazırlanması, A/B testlər, istifadəçi testlərinin keçirilməsi və istifadəçilərin araşdırılması sahəsində biliklər, Məhsulun hazırlanmasında konsept mərhələsindən başlayaraq tam müştəriyə təhvil verilməsində bütün prosesslərdə təcrübə;

·       Dil bilikləri: Minimal olaraq İngilis dilində "Intermediate" səviyyəsində biliklər;

·       Kompüter bilikləri: Qrafik və vizual dizayn üçün nəzərdə tutulmuş Figma, Sketch, Adobe Suite və digər digital dizaynların hazırlmasında işi rahatlaşdıran alətlərin sərbəst istifadəsi;

·       Komponentlərin yaradılması, istifadəçi interfeysin yaradılmasında istifadə olunan dizayn kitabxana ilə iş təcrübəsi.





Hörmətli PAŞA Qrup əməkdaşı!


PAŞA Qrup daxilində bizim ən dəyərli kapitalımız Sizsiniz! Sizin bacarığınız və təcrübəniz həm özünüz, həm də PAŞA Qrupu üçün əvəzolunmaz sərvətdir. Məhz bu səbəbdən qrup daxilində karyeranızı inkişaf elətdirməyiniz, yeni rolları kəşf edərək bacarıqlarınızı artırmağınız üçün geniş imkanları sizlərə yaratmaq bizim əsas hədəflərimizdəndir.

Daxil olmaq üçün - https://pashamobility.az/user/login

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Müsahibəyə hazırlaşın

Bu vəzifə üçün ehtimal olunan müsahibə sualları və CV-nizə əsaslanan cavab nümunələri.

Pulsuzdur, yalnız qeydiyyat tələb olunur.

Gələcək Baş UX/UI Dizayner vakansiyasına indi müraciət et

İndi CV yaradaraq arzuladığınız vəzifə üzrə yaranacaq vakansiyaya ilk siz müraciət edin.

Müraciət et

Oxşar vakansiyalar

3

İdarə heyyətinə şikayətinizi bildirin

Şikayət səbəbini seçin:

DİQQƏT!

Bu əməliyyatı yerinə yetirmək üçün namizəd profilinə keçid edin

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox

Ödəniş uğurludur!

Sizin ödənişiniz uğurla həyata keçirilmişdir.

Məhsul

Ödənişin nömrəsi

Ödəniş tarixi

Edən şəxs

Vasitəçi

Ümumi məbləğ