Baş PL/SQL Developer

Baş PL/SQL Developer

Ziraat Bank Azərbaycan ASC
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Proqramlaşdırma

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    12 iyul 2021

  • Bitmə tarixi

    11 avqust 2021

Diqqət!

Bu elanın vaxtı bitib. PL/SQL Developer vakansiyaları üçün bura keçid edin!

Ziraat Bank Azərbaycan” ASC İnformasiya Texnologiyaları departamentinə “Baş PL/SQL Developer” vəzifəsinə işə dəvət edir

Əsas vəzifələr:

• İstifadəçilərin tələblərinə cavab verən yeni statistik və analitik hesabatların tərtib olunması və mövcud hesabat sorğularının dəstəklənməsi;
• Hesabat məlumatlarının reallığının yoxlanılması;
• Mövcud sorğular üçün optimallaşdırma çalışmasının (performance tuning) edilməsi;
• Texniki spesifikasiyaların hazırlanması;
• Davamlı olaraq problem həlləri təklif edilməsi və MIS, MKR hesabatı ilə bağlı istifadəçi suallarına/problemlərinə cavab verilməsi.

Namizədə tələblər:

• İnformasiya Texnologiyaları ixtisası üzrə Bakalavr və ya Magistr dərəcəsində ali təhsil;

• Analitik təfəkkür və alqoritmik düşünmə qabiliyyəti;

• Bank sektorunda minimum 5 il iş təcrübəsi;

• Yaxşı səviyyədə Oracle SQL və PL/SQL proqramlaşdırma dilləri bili;

• Mövcud məlumatları, cədvəlləri, sorğuları, saxlanılan prosedurları, hesabatları və s. (packages, procedures, pipeline functions, indexes, materialized views, bulk collection) təhlil etmək bacarığı;

• Performansın tənzimlənməsi və sorğu optimallaşdırılması təcrübəsi;

• JSON obyekt tipi ilə işləmək bacarığı;

• SQL, PL/SQL sahəsində minimum bir il iş təcrübəsi;

• DWH (Data Warehouse) üzrə biliklər;

• Əlaqədar sahələrdə sertifikatın olması üstünlükdür;

• Hər hansı obyekt yönümlü proqramlaşdırma dillərindən birini bilməli;

• MS Excel bacarıqlarının yüksək səviyyədə olması arzuolunandır;

• Rus və ingilis dillərində yazışma və ünsiyyət səviyyəsində biliklər;

• Yeni məlumatları tez anlamaq, saxlamaq və tətbiq etmək bacarığı, sürətli öyrənmə bacarığı;

• İş prosedurlarına dair texniki sənədlər hazırlamaq bacarığı;

• Daxili bank sistemində lazımi konfiqurasiyaların aparılması.

Göstərilən tələblərə cavab verən namizədlər Avqust ayının 15-dək öz CV formalarını cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Baş PL/SQL Developer” qeyd etməyiniz vacibdir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Elan #842500

  • 1724

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox