Namizədə aid tələblər:
- Təhsil: Ali təhsil (İnşaat mühəndisi ixtisası üzrə),
- Kompüter bilikləri: MS Office proqramları, AutoCad
- İş təcrübəsi: Müvafiq sahədə 3 ildən az olmayaraq iş stajı;
- Punktual və ünsiyyətcil olması;
- Analitik düşüncə bacarığı;
- Ünsiyyət və komandada işləmək bacarıqları;
- İşinə məsuliyyətli və dəqiq yanaşmalı ;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı;
- Tələb olduqda müxtəlif bölgələrə ezamiyyətə gedə bilməli
İş qrafiki:
- Həftənin 6 gün saat 09:00-18:00,bazar istirahət günü
- Əməkhaqqı: 1500-2000 + layihələr üzrə bonus
Vəzifə öhdəlikləri:
- Təyin edilmiş layihədə, sahədə tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə, tikinti norma və qaydalarına,istehsalat planına və normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin etmək;
- Layihələr üzrə araşdırmalar etmək;
- Material sərfini hesablamağı bacarmaq
- Müvafiq hesabatlarla (Texniki, Material və Aktlar) işləməyi bacarmaq;
- İş yerlərində işçiləri əməyin təhlükəsizliyi qaydalarına dair təlimatlandırmaq və Tikinti işlərinin istehsalı üçün işçilər tərəfindən texnoloji əməliyyatlarının aparılması zamanı təhlükəsizlik qaydalarına riayət etmələrinə nəzarət etmək;
- Layihələşdirmə, tikinti, istehsalat, əməyin və idarəetmənin təşkili, metroloji təminat, texniki nəzarət, elmi-texniki fəaliyyət üzrə işləri yerinə yetirmək;
- Obyektdə işləyən işçi briqadaları və onların tərkibinə daxil olmayan dəstə və ayrı-ayrı işçiləri təyin etmək, onların istehsalat tapşırıqlarını müəyyənləşdirmək, onlara iş təlimatı keçmək;
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!