Vakansiya haqqında
Vakansiya: Baş Mühasib - Quba
Əmək haqqı 2500+ azn (Təcrübəyə görə dəyişə bilər)
Əsas vəzifə öhdəlikləri:
Şirkətin bütün maliyyə və mühasibat əməliyyatlarının uçotunun aparılması;
Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması və təqdim olunması;
Vergi bəyannamələrinin, sosial ödənişlərin və digər dövlət hesabatlarının vaxtında və düzgün hazırlanması;
Aktivlərin (əmlak, inventar və s.) uçotunun aparılması;
Şirkətin illik büdcəsinin hazırlanması və icrasının izlənməsi;
Xərclərin optimallaşdırılması və maliyyə risklərinin müəyyən edilməsi;
Maliyyə analizlərinin aparılması və rəhbərliyə qərarvermədə dəstək;
Daxili nəzarət və audit proseslərinin həyata keçirilməsi;
Mühasibatlıq komandasının idarə olunması, iş bölgüsünün təşkili, keyfiyyətə nəzarət və yeni əməkdaşların təlimi.
Tələblər:
Ali təhsil (Maliyyə, İqtisadiyyat və ya Mühasibatlıq üzrə);
Minimum 3-5 il iş təcrübəsi (Baş Mühasib və ya oxşar vəzifədə);
Vergi və mühasibat uçotu üzrə dərin biliklər;
Maliyyə hesabatlarının hazırlanmasında təcrübə;
Kompüter bacarıqları: 1C, SAP, QuickBooks, Oracle Financials, MS Excel;
Dil bilikləri: Azərbaycan dili mükəmməl, ingilis dili üstünlükdür;
Analitik düşüncə, məsuliyyətlilik və liderlik bacarıqları;
İlk tibbi yardım, yanğın təhlükəsizliyi və iş yerlərində risklərin qiymətləndirilməsi üzrə biliklər arzuolunandır.
Biz nə təklif edirik?
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
Peşəkar və dinamik komanda ilə çalışma mühiti.
Müraciət üçün: career@hrteam.az
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!