Baş mühasib

Baş mühasib

“Grand Motors” MMC

Ə/h razılaşma ilə
İş barədə məlumat

İşəgötürən: Grand Motors MMC

Vəzifə: Baş mühasib

İşin təsviri:

- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsi;
- Şirkətin dövri mühasibat, statistik, idarəetmə və maliyyə hesabatlarını (balans, maliyyə nəticələri, pul vəsaitlərinin hərəkəti və kapitaldakı dəyişikliklər) müəyyən edilmiş müddətlərdə tərtib edib aidiyyatı üzrə təqdimatını təmin etmək;
- Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqı və digər sosial xarakterli işçilərə ödəmələrin hesablanması və ödənilməsini, debitor və kreditorların uçotu, dövlət büdcəsinə və DSMF-yə məcburi ödənişlərin və digər ayırmaların uçotunu düzgün təşkil və nəzarət etmək;
- Rəsmi hesabatların hazırlanması (Statistika, DSMF və s.)
- Hesab və elektron qaimə-fakturaların yazılması;
- Aylıq əməkhaqqı cədvəllərinin hesablanması və hazırlanması, işçilərin əməkhaqqlarının və digər ödənişlərinin aparılması
- Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və reyestrlərdə düzgün əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət etmək;
- Uçot siyasətinin şirkətin fəaliyyət növünə uyğunluğuna nəzarət etməklə, bu istiqamətdə mütəmadi təkmilləşdirmələr üzərində işləmək;
- Uçot sənədlərinin arxivləşdirilməsini təmin etmək;
- İllik mənfəət vergisi bəyannaməsini hazırlayıb təqdim etmək;
- İş prosesində öz sahəsi ilə bağlı meydana çıxacaq problemlərin aradan qaldırılması ilə bağlı təkliflər vermək;
- Şirkətin maliyyə-iqtisadi idarə olunmasında aktiv iştirak etmək və ehtiyac duyduqda lazımi təklifləri irəli sürmək.

İş şəraiti :

- Stabil iş
- AR ƏM əsasən rəsmiləşdirmə
- Korporativ nömrə ilə təmin ediləcək
- 6 günlük iş rejimi
- İş yeri: Binəqədi, Mədən küç., 4
- Əmək haqqının miqdarı namizədin malik olduğu bacarıq və biliklərə görə dəyişir

Maraqlanan namizədlər mövzu yerində “Baş mühasib” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər interyuya dəvət olunacaqlar.

Namizəd üçün tələblər

- Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır)

- İxtisas üzrə 3 – 5 il

- Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı

- Komandada işləmək bacarığı

- Məsuliyyətli və işində dəqiq

- Vergi Məcəlləsini bilməli

- MS Office, 1C, BTP, EVHF, hesabatları mükəmməl səviyyədə bilmə

Vakansiyalardan tez xəbərdar olmaq üçün bizi Telegram-da izləyin.

hellojobaz

Oxşar Vakansiyalar

Укажите причину жалобы на вакансию "Курьер"