Vakansiya haqqında
Vəzifə: Baş mühasib
İş yeri: Bakı şəhəri, Ulduz Şokolad Fabriki
İşin Təsviri: Şirkətin mühasibatlıqla bağlı bütün əməliyyatlarına nəzarət olunması və tələb olunan hesabatların hazırlanması və təqdim edilməsi
Vəzifə öhdəlikləri:
- Mühasibatlıq strategiyasının ve prinsiplərinin formlaşdırılmasını təmin etmək;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
- Vergi, DSMF, Statistika hesabatlarının təqdim olunmasını təmin etmək;
- Balans, pul vəsaitlərinin hərəkəti, mənfəət və zərər hesabatının tərtibi və vahid formatın hazırlanıb təqdim edilməsi;
- Mühasibatlıqla bağlı gündəlik və aylıq hesabatların rəhbərliyə təqdim edilməsi;
- Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət olunması;
- Əsas vəsaitlərin qanunvericiliyə uyğun amortizasiya və təmir xərclərinin yoxlanılmasının təmin edilməsi;
- İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanmasının təmin olunması;
- Yerli və xarici kreditorlar üzrə daxili hesabatların verilməsi və debitorlar üzrə qalıqların yoxlanılmasının təmin olunması;
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- Servis xidməti
- Nahar ilə təmin edilmə
İş qrafiki: 5 günlük
Namizədə tələblər:
- İş təcrübəsi: Minimum 5 il mühasibatlıq sahəsində iş təcrübəsi (İstehsalat sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək)
- Təhsil: Ali iqtisadi təhsil
- Yaş həddi: 25-40
- Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə biliklərin olması;
- Komanda ilə işləmə və idarəetmə bacarığının olması;
- E-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək bacarığı;
- IFRS üzrə biliklərin olması;
- Micro proqram biliyinin olması arzu olunandır.
Müraciət qaydaları: career@ulduz.com.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Baş mühasib” yazmaqla CV göndərərək müraciət edilir.
Mənbə: jobsearch.az
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!