Baş Layihə Rəhbəri

Baş Layihə Rəhbəri

PASHA Bank
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Marketinq

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    17 oktyabr 2024

  • Bitmə tarixi

    21 noyabr 2024

Diqqət!

Bu elanın vaxtı bitib. Layihə rəhbəri vakansiyaları üçün bura keçid edin!

 

Təsvir:

  • Bir və ya çoxsaylı biznes xəttini əhatə edən kompleks Biznes/İT təşəbbüsləri portfelinin idarə edilməsi;
  • Strateji plan, məqsədlər, təşəbbüslər və hədəflər barədə şirkət səviyyəsində məlumatlılıq;
  • Proqramın strateji məqsədlərin həyata keçirilməsinə uyğunlaşdırılması və onun birbaşa dəstəkləməsinin təmin edilməsi üçün çoxsaylı əlaqədar layihələrin bütün aspektlərinin idarə edilməsi;
  • Təşəbbüslərin icrasının, proqramların/proqram elementlərinin və qrup fəaliyyətinin izlənilməsi və qiymətləndirilməsi;
  • Təşəbbüslərin icrasında boşluqların/ziddiyyətlərin müəyyənləşdirilməsi və Strateji İdarəetmə Komitəsinə şəffaf şəkildə təqdim olunmasının təmin edilməsi;
  • İllik büdcə planlarının davamlı yenilənməsi prosesinə dəstək, mütəxəssis rəyinin təmin edilməsi, funksiyalararası müzakirələrdə iştirak;
  • Proqramın müvəffəqiyyət meyarlarının nəticəsi, ölçü parametrləri, sınaq testlərinin idarə edilməsi fəaliyyətləri barədə hesabatların verilməsi;
  • Proqram müddətində işin sahiblənilməsi (layihənin uğurla həyata keçirilməsinə başlanma tarixindən bir iri və ya eyni anda bir neçə kiçik təşəbbüsün tətbiqinə qədər tam icra edilmə daxildir.);
  • Müvafiq əsas maraqlı tərəflərin qiymətləndirəcəyi texniki-iqtisadi əsaslandırmalarda, təchizatçı seçimlərində və təkliflərin verilməsində iştirak və ya yönləndirmə.

 

Tələblər:

  • Təhsil: Maliyyə, İqtisadiyyat sahəsində ali təhsil (bakalavr dərəcəsi)
  • Tələb olunan iş təcrübəsi: müvafiq sahədə minimum 5 il
  • Lisenziya / Sertifikat: PMI / PMP, Prince 2 sertifikatı
  • Xarici dillər: İngilis (səlis), rus (səlis)
  • Kompüter bilikləri: Microsoft Office, layihə idarəedilməsi üzrə proqramlar (məs. Jira.)
  • Məhsul üzrə biliklər: biznes texnologiyalarında geniş təcrübə və maraq.
  • Digər bacarıqlar: Maliyyə bilikləri, proqram təminatının yazılması prosesləri üzrə biliklər, İT arxitekturası və infrastrukturu barədə biliklər, şəxsi münasibətləri qurmaq və idarə etmək bacarığı, güclü ünsiyyət bacarıqları (yazılı və şifahi).

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Elan #856404

  • 1411

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox