Baş data mühəndisi (Senior data engineer)

Baş data mühəndisi (Senior data engineer)

ATB Bank
  • Şəhər

    Bakı, Azərbaycan

  • Kateqoriya

    Digər

  • Maaş

    Razılaşma ilə

  • Yerləşmə tarixi

    08 sentyabr 2026

  • Bitmə tarixi

    08 oktyabr 2026

Təsvir

  • Bankın Data Warehouse və Enterprise Data Platform həllərinin layihələndirilməsi, inkişaf etdirilməsi və optimallaşdırılmasında iştirak etmək;
  • Core Banking, kart sistemləri, CRM, ödəniş platformaları və digər mənbə sistemlərindən məlumatların vahid data platformasına inteqrasiyasını həyata keçirmək;
  • Oracle → PostgreSQL data migration proseslərini planlaşdırmaq və icra etmək, məlumatların tamlığı və düzgünlüyünü təmin etmək;
  • Apache Kafka, Apache NiFi, Apache Spark və Apache Airflow istifadə etməklə production səviyyəli ETL/ELT, batch və streaming data pipeline-ları hazırlamaq, inkişaf etdirmək və idarə etmək;
  • Məlumatların incremental və CDC əsaslı yüklənməsini, həmçinin SCD Type 1/2 mexanizmlərinin tətbiqini təmin etmək;
  • Data Warehouse üçün dimensional modelling, Fact/Dimension və Star Schema əsasında data modellərinin hazırlanmasında iştirak etmək;
  • Böyük həcmli məlumatların emalı üçün scalable, reliable və yüksək performanslı data processing həlləri hazırlamaq;
  • SQL sorğularını və data pipeline-ları analiz etmək, bottleneck-ləri müəyyənləşdirmək və performance tuning həyata keçirmək;
  • Data pipeline-ların monitorinqini, troubleshooting və production support proseslərini həyata keçirmək, yaranan problemlərin səbəbini müəyyənləşdirərək operativ həll etmək;
  • Data quality və validation mexanizmlərinin qurulmasında iştirak etmək və məlumatların tamlığı, dəqiqliyi və consistency-sini təmin etmək;
  • Metadata, data lineage və data governance proseslərinin tətbiqində iştirak etmək;
  • Data Lake/Lakehouse və Object Storage həllərinin mövcud data platforması ilə inteqrasiyasında iştirak etmək;
  • Git və CI/CD yanaşmalarından istifadə etməklə data pipeline və həllərin version control, testing və deployment proseslərini həyata keçirmək;
  • Data platformasının reliability, scalability, maintainability və security göstəricilərinin davamlı təkmilləşdirilməsində iştirak etmək;
  • Risk,Retail, Maliyyə, AML və digər biznes və texniki komandalarla əməkdaşlıq edərək biznes tələblərinə uyğun data həlləri hazırlamaq.

Tələblər

  • Data Engineering və ya Data Warehouse istiqamətində minimum 5 il praktiki iş təcrübəsi;
  • Data Warehouse və data platformalarının layihələndirilməsi, qurulması və inkişaf etdirilməsi üzrə təcrübə;
  • PostgreSQL üzrə dərin bilik və real layihələrdə iş təcrübəsi;
  • Oracle verilənlər bazası ilə işləmə və Oracle-dan PostgreSQL-ə data migration üzrə praktiki təcrübə;
  • SQL üzrə yüksək səviyyədə bilik, mürəkkəb sorğuların hazırlanması və query optimization bacarığı;
  • Apache NiFi ilə production səviyyəli data ingestion və ETL/ELT pipeline-larının hazırlanması və idarə olunması təcrübəsi;
  • Apache Kafka ilə data ingestion, integration, event streaming və real-time məlumat axınlarının qurulması üzrə praktiki təcrübə;
  • Apache Spark ilə böyük həcmli məlumatların emalı, transformasiyası və optimallaşdırılması üzrə təcrübə;
  • Apache Airflow vasitəsilə kompleks ETL/ELT workflow-larının hazırlanması, orchestration və scheduling üzrə praktiki bilik;
  • Batch və streaming data processing prinsipləri, həmçinin Data Warehouse və dimensional modelling yanaşmaları üzrə təcrübə;
  • Incremental Load, Change Data Capture (CDC), SCD Type 1 və SCD Type 2 yanaşmaları üzrə praktiki bilik;
  • Data quality, data validation, metadata və data lineage prinsipləri üzrə yaxşı anlayış;
  • Data pipeline-ların monitorinqi, troubleshooting, performance tuning və optimallaşdırılması üzrə bacarıq;
  • Git və Linux/Unix mühitində praktiki iş təcrübəsi;
  • Data Lake/Lakehouse, Ceph və ya S3-compatible Object Storage, Apache Flink, OpenMetadata, CI/CD, data governance və enterprise data architecture üzrə təcrübə üstünlükdür;
  • Kafka, NiFi, Spark və Airflow texnologiyalarının vahid data platformasında inteqrasiyası üzrə kompleks layihə təcrübəsi üstünlükdür.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Daha çox Xidmət vakansiyaları üçün www.isbu.az saytına keçid edin.

Oxşar vakansiyalardan bildiriş al

Baş data mühəndisi (Senior data engineer) vakansiyaları olduğu zaman anında bildirişi e-poçtunuza alın.

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox