Vakansiya haqqında
· Kredit risklərinin idarəedilməsi metodologiyasının inkişaf etdirilməsi, inteqrasiya edilməsi və davamlılığının təmin edilməsində iştirak etməsi;
· MB-nın qüvvədə olan qaydalarına uyğun olaraq kreditlərin düzgün və vaxtında təsnifləşdirilməsinin təmin edilməsi;
· Şöbənin fəaliyyətinə dair həftəlik və aylıq hesabatı hazırlayır və şöbə müdirinə təqdim edir;
· Mərkəzi Bankın tələbi ilə kredit, bazar, likvidlik və əməliyyat riskləri üzrə hesabatlar təqdim edir;
· Əsas kredit risk faktorlarının müəyyən edilməsi və monitorinqi, həmçinin təklif olunan həlləri hazırlamaq üçün portfel səviyyəsində məlumatların təhlil edilməsi;
· Stress-test modellərinin hazırlanması, tətbiq edilməsi, modellərin daimi təkmilləşdirilməsi və nəticələri ilə bağlı hesabatların verilməsi;
· Bank risklərin təhlili prosesində lazımi hesabatlıqların tərtib edilməsi, əsas risk indikatorlarına dair məlumatların toplanması və analizlərin həyata keçirilməsi;
· Filial və baş ofis struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədi ilə monitorinqlər keçirilməsi və təkliflərin verilməsi;
· Bank risklərinin ölçülməsi və modellərin seçilməsi üzrə təkliflər hazırlayır və tətbiqi prosesində iştirak edir;
· Şöbənin və Bankın digər strukturların fəaliyyətinə aid prosedur, təlimat və qaydalara rəyin verilməsi;
· İdarəedici informasiya sistemi və risklərin ölçülməsi modellər ilə bağlı gündəlik, aylıq, rüblük, və illik hesabatların layihəsini hazırlayır;
· Şöbə müdirinin digər tapşırıqlarını yerinə yetirir.
Namizədə tələblər:· Ali təhsil;
· Kredit və ya bazar risklərinin idarə edilməsi sahəsi üzrə 1 ilə qədər təcrübə;
· Microsoft office proqramları üzrə biliklər;
· Oracle SQL proqlamlaşdırma dili ilə işləmək bacarığı;
· Azərbaycan dili səlis, rus və ingilis dili arzu olunandır;
· Mərkəzi Bankın normativ xarakterli qaydaları üzrə biliklərin yaxşı səviyyədə olması;
· Komandada işləmə bacarığı;
· Analitik təhlil və bazar araşdırması sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!