Vakansiya haqqında
Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Back-end üzrə proqramçı vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
- Mövcud proqram təminatının təkmilləşdirilməsi
- Komanda şəklində tələblərə uyğun yeni proqram təminatlarının hazırlanması
- Digər proqramlarla inteqrasiyanın həyata keçirilməsi
İş qrafiki
- Bazarertəsi - Cümə: 10:00-dan 19:00-dək
- Şənbə: 10:00-dan 14:00-dək
- Əlverişli iş mühitində çalışmaq imkanı
- Karyera və inkişaf perspektivləri
- İngilis dili biliyi
- Back-end üzrə minimum 2 il iş təcrübəsi
- PHP, Laravel üzrə yaxşı bilik
- Yaxşı səviyyədə OOP anlayışı
- Verilənlər bazası üzrə (My SQL Server) təcrübə və SQL sorğuları yazmaq üzrə biliklər
- Versiya nəzarət sistemi (Git, TFS)
- HTML, CSS, JavaScript, jQuery haqqında əsas biliklər
- Analitik qabiliyyət
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Back-end üzrə proqramçı” qeyd etməklə hr@ferrumcapital.az e-mail ünvanına göndərmələri xahiş olunur.
Mənbə: jobsearch.az
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!