Vakansiya haqqında
🚀 Bizneslə nəfəs alan birini axtarırıq!
BeenBon – abunəlik və loyallıq sistemlərini rəqəmsallaşdıran, restoran, fitnes, spa və kafe sahiblərinə güclü marketinq alətləri təqdim edən innovativ platformadır.
Hazırda çevik, təşəbbüskar və startup ruhunu anlayan gənc bir komandadaş axtarırıq!
Əgər "hazır sistemlər" axtarırsansa, bu iş sənlik deyil.
Biz sıfırdan nəsə quranların tərəfindəyik.
🔹 Sənin əsas vəzifələrin:
-
Potensial partnyorlarla (restoran, kafe, fitnes) əlaqə yaratmaq
-
Onlarla görüşlər təyin edib BeenBon-un imkanlarını təqdim etmək
-
Yeni partnyorları onlayn və ya fiziki şəkildə platformaya daxil etmək
-
Biznes ofislərinə getmək, aktiv zənglər etmək, təqdimatlar keçirmək
⚠️ Diqqət:
-
Bu 09:00–18:00 “klasik ofis işi” deyil
-
Görüşləri özün planlayacaqsan, amma tez reaksiya verə bilməlisən
-
Məqsəd: nəticə. Vaxt xərcləyən yox, nəticə gətirən insan axtarırıq
✅ Tələblər:
-
Rus dili – sərbəst danışa bilmək üstünlükdür, amma şərt deyil
-
Ünsiyyətcil, nəticəyönümlü, enerjili və çevik olmaq
-
Həftəlik ən az 30 saat vaxt ayırmaq imkanı
💼 Təklifimiz:
-
Xidməti müqavilə ilə çevik əməkdaşlıq
-
Onboard və satış əsaslı ödəniş sistemi
-
Ayda ortalama 600+ AZN gəlir potensialı (çox çalışan çox qazanır)
-
Uğurlu nəticəyə görə:
-
Aylıq satışlara əsasən gəlirdən pay və ya hissə təklifi
-
Qlobal partnyorlarla gələcək əməkdaşlıq və görüş imkanı
-
Komandanın əsas üzvünə çevrilmək şansı
-
Startuplar və investorlarla tədbirlərdə iştirak imkanı
-
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!