Vakansiya haqqında
Avis Eşitmə mərkəzi üçün Audioloq vəzifəsinə namizəd axtarır. Namizəd tibbi xidmət keyfiyyətinin artırılmasına töhfə verməyi, pasiyentlərlə peşəkar münasibət qurmağı və komandada effektiv işləməyi bacarmalıdır.
Vəzifə öhdəlikləri:
- Pasiyentlərin qəbulu və audiometriya müayinələrinin aparılması
- Müayinə nəticələrinin təhlili və uyğun eşitmə cihazının təyin edilməsi
- Eşitmə cihazlarının ilkin tənzimlənməsi və istifadəsi ilə bağlı pasiyentə məlumat verilməsi
- Müayinə və cihazlaşdırma prosesi üzrə məlumatların sənədləşdirilməsi və sistemə daxil edilməsi
- Tibbi avadanlıqların düzgün istifadə və texniki vəziyyətinə nəzarət
Namizədə dair tələblər:
- Ali tibb təhsili (müalicə işi ixtisası üzrə)
- Audiologiya sahəsində 1 il iş təcrübəsi (təcrübəsiz namizədlər də dəyərləndirilə bilər)
- Rus və ingilis dillərində danışıq səviyyəsində biliklər (üstünlükdür)
- MS Office proqramları ilə işləmək bacarığı
- Peşə etikası, ünsiyyət bacarığı və pasiyent yönümlü yanaşma
- Yaş həddi: 22–45 yaş
İş şərtləri:
Əmək müqaviləsi əsasında rəsmi əmək münasibətləri
İş rejimi: Tam iş günü
Həftəlik istirahət günü: 1 gün
Əməkhaqqı: 600–700 AZN (Gələcəkdə karyera yüksəlişi və əməkhaqqı artımı imkanları mövcuddur)
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!