Vakansiya haqqında
- İş rejimi: Həftədə 5 gün (İstirahət günləri: Şənbə və Bazar). İş saatları:09.00-dan 18.00-dək
Namizədə tələblər:Aşağıdakı sahələr üzrə biliklərə malik olmalıdır:
C#
- Obyekt yönümlü proqramlaşdırma qaydalarını bilməsi tələb olunur. İşaxtaran obyekt yönümlü yanaşmanı təcrübədə tətbiq edə bilməlidir
- Aşağıdakı anlayışları başa düşməli və istifadə edə bilməlidir: interface, delegate, generic classes, extension classes
- Layihələndirmə şablonları anlayışı və onların təcrübədə tətbiq edilməsi bacarığına malik olmalı, xüsusən layihədə aktiv istifadə olunan «Singleton» və «Factory Method» şablonları haqda biliyə malik olmalıdır
- ASP.NET WebForms platformasından istifadə etməklə proqramların işlənilməsi sahəsində təcrübəyə (2 ildən az olmayaraq) malik olmalıdır
- Kodun DAL, BLL, WEB səviyyəsində bölgüsü prinsipilərini və səbəblərini (məqsədlərini) bilməlidir
Oracle- Qabaqcıl SQL bilikləri olmalı, INNER JOIN, OUTER JOIN, CROSS JOIN operatorlarının təyinatı və fərqlərini bilməlidir
- EXISTS, NOT EXISTS operatorlarının təyinatı və iş prinsipini bilməlidir
- CONNECT BY PRIOR, CONNECT BY LEVEL istifadə etməklə iyerarxik sorğularla işləmək bacarığına malik olmalıdır
- WITH istifadə edilən sorğuların sintaksisini bilməlidir
- SELECT FOR UPDATE bloka almadan istifadə etməyi bacarmalıdır
- TABLE, VIEW, TRIGGER, SEQUENCE, PACKAGE, PROCEDURE, FUNCTION, INDEX analayışları və onların nəyə xidmət etdiyini bilməlidir
- Verilənlərin normallaşdırılmasından istifadə etməklə əlaqəli verilənlər yığımının tərtib edilməsini bacarmalıdır
- PL/SQL barədə minimal biliyə malik olmalıdır
- Kursorlarla, kolleksiyalarla və yazılarla işləməyi bacarmalıdır
- Meydana çıxan səhvləri emal etməyi bacarmalıdır
Aşağıdakı sahələrdə bilikləri təqdirəlayiqdir:
- JavaScript, JQuery
- CSS + HTML
Bilavasitə texniki biliklərə aid olmayan vərdişlər:
- Rusca danışıq dilini bilməsi arzu olunur, amma mütləq deyil.
- Texniki ingilis dilini bilməsi vacibdir, belə ki, Oracle və C# üzrə sənədlərin əksəriyyəti ingilis dilindədir
- Sərbəst öyrənmək qabiliyyəti
- Komanda ilə işləmək qabiliyyəti
- Digər həmkarlarını öyrətmək qabiliyyəti və buna hazır olmaq və özgələrinin təcrübəsini qəbul etmək
İşaxtaranın yerinə yetirdiyi işlərin nəticələrini – kodu necə yaratdığını, qoyulan məsələnin həlli zamanı hansı üsullardan istifadə etdiyini əyani görmək üçün yaxşı olardı ki, işaxtaran müsahibə zamanı öz layihələrindən hər hansı birini nümayiş etdirsin.
Mənbə: jobsearch.az
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!