Android Mobil Proqramlaşdırma üzrə Baş Mütəxəssis

Android Mobil Proqramlaşdırma üzrə Baş Mütəxəssis

PASHA Bank

Vaxtı bitmiş

Diqqət! Bu elanın vaxtı bitib. Android Mobil Proqramlaşdırma üzrə Baş Mütəxəssis vakansiyaları üçün bura daxil olun.

Elan № 16154

Android Mobil Proqramlaşdırma üzrə Baş Mütəxəssis vakansiyaları

Android Mobil Proqramlaşdırma üzrə Baş Mütəxəssis vakansiyaları

05 Yanvar

Elan tarixi

14 Fevral

Bitmə tarixi

18186

Baxılıb

İş məlumatları

Bakı

Şəhər

Tam-ştat

İş rejimi

Texnologiya

Sahə

Proqramlaşdırma

Kateqoriya

İş barədə məlumat

İşiniz nədən ibarətdir?

  • Banka dəyər qatacaq Android platformasında tətbiqlərin qurulmasında və inkişaf etdirilməsinə töhvə vermək;
  • Tərtib olunmuş tələblərə və UI/UX dizayn çərçivələrinə uyğun proqram hazırlanmasını təmin etmək;
  • Mövcud tətbiqdə qrafik dizayn və texniki icra arasında boşluğu aradan qaldırmaq üçün komanda üzvləri ilə çalışmaq, müştəri üçün düzgün həllin çatdırılmasını təmin etmək;
  • Kodun dəqiqliyini və düzgün inteqrasıyasını yoxlamaq üçün testlərın yazılmasını təmin etmək;
  • Sürət, keyfiyyət və stabillik üçün testlər aparmaq. Tətbiqdə performans problemlərinin aşkar olunması və həll olunması;
  • Üçüncü tərəflə işləmək, onların təmin etdiyi verilənlər bazası, kitabxanalar və APİ-lar ilə çalışmaq;
  • İstənilən maneələri aradan qaldırmaq üçün çətin biznes problemləri üçün texniki həllər hazırlamaq;
  • Dəqiqlik və funksionallıq üçün kodu nəzərdən keçirmək;
  • Proqram təminatında edilmiş dəyişikliyin son istifadəçiyə düzgün formada çatdırılmasını təmin etmək;
  • Mövcud proqram təminatlarının sənədləşmənin dəqiqliyini təmin etmək və keyfiyyətinə töhvə vermək
  • Agile işləmə yollarını təkmilləşdirmək və yaymaq;
  • Komandanın cavabdehlik daşıdığı proqram təminatlarının keyfiyyət yoxlama işlərini təmin etmək və cari vəziyyətin inkişafına töhvə vermək;
  • Daxil mühəndislik işlərində aktiv iştirak etmək və idarə etmək;
  • Avtomatik proqram yoxlanılması və yüklənilməsi (CI/CD) proseslərin işləkliyinə nəzarət etmək və təkmilləşməsinə töhvə vermək;
  • Digər mühəndislərin texniki bacarıqlarının inkişafında dəstək olmaq;
  • Komanda daxilində biznes tələblərinə uyğun yeni texniki həllərin arxitekturasını daxili yoxlama prosesindən keçirilməsini təmin etmək;
  • Şöbəsinin fəaliyyətlərini şirkətdə mövcud olan daxili prosedurlara, məxfilik siyasətinə və dövlət qanunvericiliyinə uyğun olaraq həyata keçirmək;
  • Bankın Təşkilati Risklərin İdarəedilməsinə dair siyasətinə əməl etmək;
  • İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımları atmaq;
  • Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatmaq;
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqları yerinə yetirmək.

Tələblər

Sizdən nə tələb olunur?

Təhsil: İnformasiya texnologiyaları, riyaziyyat və digər müvafiq sahə üzrə bakalavr dərəcəsi;

Tələb olunan iş təcrübəsi: Proqram təminatı, mühəndislik sahəsində minimum 5 il təcrübə;

Xarici dillər: İngilis(yaxşı);

Komputer bilikləri: Native Android development, Kotlin və ya Swift üzrə əla biliyin olması. Şəbəkə protokolları və infrastruktur üzrə mükəmməl biliyin olması. Verilənlərin strukturu və alqoritm mükəmməl biliyin olması. Kodun funksionallıq, inteqrasiyası və sistem testlərini tərtib etmək təcrübəsi. Asinxron, parallel və reaktiv proqramlaşdırma üzrə yaxşı biliyin olması. Məlumatların yaddaşda saxlanılması (SQL, NoSQL) və idarə olunması (sorğuların yazılması, indeksləmə, miqrasiya, keşləmə) üzrə təcrübənin olması. Məlumatların təhlükəsiz formada emalı, saxlanılması və mübadiləsi təcrübəsi. CI/CD üzrə yaxşı biliyin olması. Kod asılılıqların idarə edilməsi (DI) üzrə yaxşı biliyin olması. Müxtəlif kod dizaynı üsulları (design patterns) üzrə yaxşı biliyin olması. Müxtəlif animasiya qurmaq üzrə təcrübə və multimediya faylları ilə işləmək bacarığı. Texniki həllərin arxitektural sənədləşməsi bacarığı. Xəritə-geoloji texnologiyalarla işləmək bacarığı;

Məhsul üzrə biliklər: JIRA və ya hər hansı digər tapşırıq idarəetmə vasitəsi. Versiya nəzarət sistemi üzrə mükəmməl bilik (git)

Başqa tələblər: Əla ünsiyyət və hesabat biliyi. Üstünlük verilir: kod kitabxanalarının yazılması, CI/CD mühitində mürəkkəb avtomatik proseslərin qurulması, mobil tətbiqlərdə təhlükəsizlik qaydaları biliyi, mobil tətbiq daxilində ML tətbiqi (Tensorflow və ya alternativ), mürəkkəb animasiyaların qurma bacarığı.


Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Elan № 16154

Android Mobil Proqramlaşdırma üzrə Baş Mütəxəssis vakansiyaları

Android Mobil Proqramlaşdırma üzrə Baş Mütəxəssis vakansiyaları

05 Yanvar

Elan tarixi

14 Fevral

Bitmə tarixi

18186

Baxılıb

Укажите причину жалобы на вакансию "Курьер"