Vakansiya haqqında
Restoranlar şəbəkəmizə çalışmış təcrübəli ANBARDAR axtarırıq!
Namizədə tələblər:
- Anbardar olaraq minimum 3-5 il təcrübəli olmalı (restoran sferasında təcrübə üstünlükdür);
- Kompyuter və ofis proqramlarından sərbəst istifadə etmək bacarığı olmalı;
- Yaş həddi 25-35;
- Yalnız bəy namizədlər;
- Məsuliyyətli olmalı;
- Anbarda olan mal və materialların saxlanması rejiminə, sənədləşməsinə və mədaxil-məxaric sənədlərinin təhvil qaydalarına riayət olunmasını təmin edə bilməli;
- Anbara malların giriş və çıxışına nəzarət edə bilməli;
- Giriş-çıxış barədə dəqiq və vaxtında hesabatlar apara bilməli;
- Həftəlik, aylıq, rüblük sayım etməli və hesabat təqdim edə bilməli;
- Daxil olan malların çeşidlənməsini həyata keçirməli;
- Sifarişlərin statuslarının izlənilməsi və vaxtı-vaxtında çatdırılmasını təşkil etməli;
- Rəhbərlik tərəfindən verilmiş tapşırıqların dəqiq və vaxtında yerinə yetirmək qabiliyyəti olmalı;
- İş kollektivi ilə səmimi, mehriban münasibət yaratmaq;
- Stress altında çalışa bilməli;
- Kollektivdə çalışmaq qabiliyyətli olmalı.
İş şəraiti:
- 6 günlük iş rejimi;
- Nahar şirkət tərəfindən verilir;
- Mehriban kollektiv;
- İnkişaf şansı;
- Maaş işə qəbul zamanı namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaqdır.
Maraqlananlar öz CV-lərini mövzu hissəsində "Anbardar" qey edərək hr@coffeemania.az mailinə və ya 0512707543 nömrəsinə whatsapp vasitəsilə göndərə bilərlər.
Diqqət! Heç bir halda işəgötürənin sizdən ödəniş tələbinə əməl etməyin!
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!