Vakansiya haqqında
Anbardar
İş barədə:
- Anbara daxil olan malların qəbulu, uçotu və çıxarılması işlərini yerinə yetirmək;
- Yükləri anbara qəbul edərkən, yüklərin faktiki miqdarını, eləcə də məhsulun vəziyyətini yoxlamaq;
- Anbara verilən sorğuları vaxtı-vaxtında və tam şəkildə cavablandırmaq;
- Qaimə və hesab fakturalar əsasında anbardakı prosesləri həyata keçirmək;
- Müştərilərin sifarişlərinə görə məhsulların dəstlərə komplektləşdirilməsi;
- Anbarda qorunub saxlanan materialların hərəkəti ilə əlaqədar hesabat sənədlərinin və onların uçotunun aparılması;
- Malların anbara səliqəli və müvafiq qaydalara uyğun şəkildə yığılmasını təmin etmək;
- Malların təhlükəsizliyindən cavabdeh daşımaq;
- Hər ayın sonu anbarda olan malların inventarlaşdırmasında iştirak etmək;
- Anbarda olan məhsulların sayını və hesabatını rəhbərliyə təqdim etmək;
- İşçilər arasında iş bölgüsünü aparmaq və işçilərin davamiyyətinə nəzarəti həyata keçirmək;
- Məsuliyyətində olan bütün anbarların təmiz, səliqli və nizamlı saxlanmasını icra etmək.
İş vaxtının norması:
- 6 günlük iş rejimi;
- Növbəli iş qrafiki;
- İstirahət günü: Bazar günü.
Vəzifə üzrə əmək haqqı digər imtiyazlar:
- 500-700 AZN
- Yemək şirkət tərəfindən
- Şirkət nömrəsi və danışıq paketi.
İş yeri: Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı)
Namizədə tələblər:- Təhsil dərəcəsi: Bakalavr (İqtisadiyyat, maliyyə, mühasibatlıq sahəsində);
- Yaş həddi: 25–35;
- Cinsi: Kişi;
- Komputer bilikləri: MS Office - əla;
- Dil bilikləri: Azərbaycan-səlis;
- Təcrübə: Müvafiq sahədə minimum 1il iş təcrübəsi;
- Anbarda materialların hərəkəti, mühafizəsi, uçotu qaydasını və onların müşayiət edən sənədlərin rəsmiləşdirilmə qaydasını bilməli;
- Mühafizə olunan materialların, çeşidlərin və növlərin nomenklaturasını, onların xassələrini və təyinatını, iş alətlərinin, cihazların və s. quruluşunu və onların işə yararlığının yoxlanılması üsullarını bilməli;
- Təhlükəli maddələrin yerdəyişmə və mühafizə qaydalarını, tez alışan materialların qorunma və təhlükəsizlik texnikası qaydalarını bilməli;
- Saxlanılan məhsulların yerlərinin dəyişdirilməsi və saxlanılması zamanı təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını bilməli.
Fərdi keyfiyyət göstəriciləri:
- Diqqətcil;
- Komanda ilə işləmə bacarığı;
- İdarəetmə qabiliyyəti;
- Gərgin iş tempinə uyğunlaşa bilən.
Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “ HJ Anbardar ” yazmaqla cv@sirab.az mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Mənbə: jobsearch.az
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!