−50% İlk paketə · təkrar alışa −25%yalnız 29 noyabra qədər paketlərə 00gün: 00saat: 00dəq: 00san Paket al →
Vaxtı bitib

Analitika üzrə mütəxəssis

03 iyun 2020 1 578 baxış

  • Maaş Razılaşma ilə
  • İş rejimi Tam-ştat
  • Bitmə tarixi 03 iyul 2020
  • Ünvan Bakı
Diqqət!

Bu elanın vaxtı bitib. Data Analitik vakansiyaları üçün bura keçid edin!

İşəgötürənlər üçün

Data Analitik üzrə əməkdaş axtarırsınız?

Hazırda 467 aktiv namizəd Data Analitik vəzifəsi üzrə iş axtarır

Oxşar vakansiya yarat

Vakansiya haqqında

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Tranformasiya Ofisi Hesabatlıq və Analitika üzrə mütəxəssis və baş mütəxəssis vəzifələrinə vakansiya elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

• Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
• Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
• Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
• Yüksək komanda ruhunda əməkdaşlıq;
• Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
• Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
• Əməkdaşlar üçün yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
• Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
• Bankdaxili aktiv sosial həyat

Görəcəyiniz işlər:

 Bankın Transformasiya proqramı çərçivəsində mövcud təşəbbüslərinin həyata keçirilməsini Hesabatlıq və Analitika bölümü ilə birlikdə təmin etmək. Təşəbbüslərin həyata keçirilməsi zaman üzrə çıxan maneələri müəyyən etmək və onların aradan qaldırılmasını təmin etmək;
 Təşəbbüslərin həyata keçirilməsi məqsədilə Hesabatlıq və Analitika bölümünə koordinasiya, təcrübə, ideya və məzmun dəstəyi vermək;
 Xüsusi hallarda müəyyən təşəbbüslər üzrə sahibliyi Hesabatlıq və Analitika bölümü ilə razılaşdırılmış halda öz üzərinə götürmək, belə təşəbbüslərin icrasına görə məsuliyyət daşımaq;
 Daxil olan sorğuları cavablandırmaq; fəaliyyətinin nəticələri barədə müvafiq hesabatları təqdim etmək, fəaliyyəti dövründə əmələ gələn digər vəzifələri yerinə yetirmək.

Bizim üçün ideal namizəd:

 İqtisadiyyat və ya riyazi ali təhsili olan;
 Yüksək səviyyədə SQL ilə işləyə bilən;
 Advanced Excel biliyi olan;
 Baş mütəxəssis pozisiyası üçün vizuallaşdırma proqramlarından biri ilə işləməyi bacaran: Tableau, Power BI, Qlicksense;
 Hesabatlıq və təhlil üzrə minimum 2 il təcrübəsi (mütəxəssis pozisiyası üçün)/ 3 il (baş mütəxəssis pozisiyası üçün) olan;
 Yüksək təhlil bacarıqları olan bir şəxsdir.

Axtardığımız namizəd Sizsinizsə, CV-nizi cv_transformationoffice@ibar.az elektron ünvanına 22.06.2020 tarixinədək göndərməyiniz xahiş olunur (məktubun mövzusu: "TO Hesabatlıq və Analitika üzrə mütəxəssis" və ya "TO Hesabatlıq və Analitika üzrə baş mütəxəssis")

Məktubun mövzu hissəsində müraciət edilən müvafiq vəzifə adının göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

Əlavə məlumat üçün: www.ibar.az

Mənbə: jobsearch.az

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Müsahibəyə hazırlaşın

Bu vəzifə üçün ehtimal olunan müsahibə sualları və CV-nizə əsaslanan cavab nümunələri.

Pulsuzdur, yalnız qeydiyyat tələb olunur.

Gələcək Analitika üzrə mütəxəssis vakansiyasına indi müraciət et

İndi CV yaradaraq arzuladığınız vəzifə üzrə yaranacaq vakansiyaya ilk siz müraciət edin.

Müraciət et

Oxşar vakansiyalar

30

İdarə heyyətinə şikayətinizi bildirin

Şikayət səbəbini seçin:

DİQQƏT!

Bu əməliyyatı yerinə yetirmək üçün namizəd profilinə keçid edin

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox

Ödəniş uğurludur!

Sizin ödənişiniz uğurla həyata keçirilmişdir.

Məhsul

Ödənişin nömrəsi

Ödəniş tarixi

Edən şəxs

Vasitəçi

Ümumi məbləğ