Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Şirkətin xidmət səviyyəsinin və komandaların məmnuniyyətinin artırılması istiqamətində tədbir planı hazırlamaq;
- Personala rəhbərlikdən alınan əmr və göstərişləri çatdırmaq və icrasına nəzarət etmək və .s;
- Marketinq tərəfindən həyata keçirilən layihələri dəstəkləmək və təkliflər vermək;
- Filialda çalışan personalı idarə etmək: işçiləri təlimatlandırmaq və yönləndirmək, onları motivasiya etmək, gündəlik iş prosesinə və işçilərin davamiyyətinə nəzarət etmək;
- Əməkdaşlarının şirkətin daxili qaydalarına və öz vəzifələrini məsuiliyyətlə yerinə yetirməsinə nəzarət etməlidir;
- Günlük və aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirilməsi.
İş barədə məlumat:
- İş rejimi: həftənin 6 günü 14:00-22:00;
- Əmək haqqı: 600-1000 AZN
Namizədə tələblər:-Cins: Xanım;
- Yaş: 20-35;
- Rus dilini sərbəst bilməlidir;
- İş təcrübəsi: sahə üzrə iş təcrübəsi mütləqdir;
- Liderlik və işçi heyyətini idarə etmək bacarığı;
- Komandada işləmək bacarığı, məsuliyyətli, punktual;
- Portal Games şirkəti haqqında biliklər.
Göstərilən tələblərə uyğunsunuzsa, o zaman "Niyə Portal Games-də işləmək istəyirsiniz?" sualının cavabı ilə birlikdə CVnizi "Administrator Portal Games" başlığı ilə hr@portalgames.az elektron poçt ünvanına göndərə bilərsiniz.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!