Vaxtı bitmiş vakansiyalar

    Şirkət haqqında

     

    “New line” reklam şirkəti 2011-ci ildən Azərbaycan reklam bazarında fəaliyyət göstərir. Bu dövr ərzində şirkət 100-lərlə uğurlu reklam kampaniyaları yaradıb, nəticə yönümlü nailəyyətlər əldə etmişdir. 10 ildən artıq təcrübəmiz ilə biz reklamları ən effektiv məkanlarda yerləşdirmək üzrə ixtisaslaşmışıq.

    Şirkətin əsas fəaliyyəti “çöl reklam qurğuları” və “daxili reklam qurğuları” üzərində reklam yerləşdirməkdir.

    Çöl reklam qurğuları şəhərin müxtəlif lokasiyalarında yerləşir və əsasən də bütün kütləyə xidmət göstərir. Qurğular 100% qeyri standart ölçüdə və qeyri standart yerlərdə yerləşir. Hal-hazırda şirkətin 23-dən çox çöl reklam qurğuları mövcuddur. Qurğuların sayının artırılması hal-hazırda aktiv davam edir. Qeyd edək ki, “New Line” şirkəti Azərbaycanda faəliyyət göstərən 100-dən çox reklam agentlikləri arasında öz qurğu sayı, illik satış həcmi və imzalanmış müqavilələr sayına görə ilk 10-luğa daxildir.

    Daxili reklam qurğuları Bakı, Gəncə, Sumqayıt şəhərlərində fəaliyyət göstərən 95% Universitet və təhsil ocaqlarının daxilində yerləşdirilərək, tələbə auditoriyasına çatmaq istəyən şirkətlər üçün xidmət göstərir. 2015-ci ildən bu günədək 100-dən çox laytboks, monitor, boyük ekranlar Universitetlərin daxilində yerləşdirilərək müxtəlif şirkətlərin məhsullarını gündəlik 150.000-dən çox tələbəyə nümayiş etdirir. Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən 100-dən çox reklam agentlikləri arasında Universitetlərin daxilində reklam yerləşdirmək hüququ qazanmış yeganə şirkətdir.

    Faydalar