Sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olan «Mətanət A» şirkətinin əsası 2000-ci ildə qoyulmuş və qısa müddət ərzində milli şirkətlər arasında aparıcı yerlərdən birinə sahib olaraq innovativ texnologiyalar sayəsində yüksək inkşaf səviyyəsinə çatmışdır. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarında istehsal edilən məhsullar ölkəmizdə və onun hüdudlarından kənarda istifadəçilərin rəğbətini qazanaraq şirkəti öz sektorunda qabaqcıl şirkətlərdən birinə çevirmişdir.
Şirkət inşaat məhsulları sahəsində Azərbaycanda ilk dəfə olaraq İSO 9001-2008 “Keyfiyyətin İdarə Olunması” beynəlxalq standartını almışdır. Keyfiyyət strategiyası ilə yanaşı "Mətanət A" şirkəti ətraf mühitin idarə olunması faktoruna da məsuliyyətlə yanaşır və nəticədə İSO 14001:2004 beynəlxalq standartına layiq görülmüşdür. Bundan başqa digər təşkilatlar tərəfindən beynəlxalq və milli mükafatları (“Century İnternational Quality Era Award” ,“Award Global Quality Management”, “Gold Star International Award for Quality”,”New Millenium Award”, “Intellekt” mükafatı, “İnşaat materiallarının istehsalı üzrə ilin Lider şirkəti”, “İlin brendi-AĞDAĞ”, Mərkəzi və Şərqi Avropa ölkələrinin VIII Beynəlxalq Keyfiyyət Turnirində "Finalist 2012" diplomu və s. mükafatlar) ilə də təltif olunmuşdur.
Hal-hazırda şirkət 3 sistemdə, 24 mal qrupunda fəaliyyət göstərməklə 200-dən çox ticarət markasına və 1000-ə yaxın məhsul çeşidinə malikdir. Müştərilərə həm çeşid zənginliyi, həm rahatlıq, həm də keyfiyyət baxımından tam xidmət göstərməklə daima yeni ideyaların ortaya qoyulması şirkətin əsas prinsiplərindəndir. Belə ki, “Mətanət A” şirkəti gips əsaslı məhsullar sahəsində də yeniliklər etmiş, Qafqazda ilk müasir tipli gips zavodu olan “AĞDAĞ” zavodunun əsasını qoymuş, alman texnologiyasına əsaslanan, rəqəmsal texnologiya ilə avtomatlaşdırılmış formada istehsal prosesini həyata keçirərək “AĞDAĞ” məhsulunun istehsalına başlamışdır.
2008-ci ildə fəaliyyətə başlayan Beton Qatqıları Zavodu da şirkətin aktiv fəaliyyətinin nəticəsidir. Yüksək professionallıqla yeni məhsul qrupunun istehsalını həyata keçirən zavod milli iqtisadiyyatımızın inkşafı sahəsində öz tövhəsini verən istehsal sahələri sırasına aid edilə bilər. Artıq şirkət qloballaşaraq “Mətanət A” ticarət markası adı altında istehsal etdiyi məhsulları Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, İran, Ukrayna və digər xarici ölkələrə ixrac edir. Bu bir daha sübut edir ki, bu gün milli şirkətimiz müasir biznes təcrübəsinə görə heç də dünyanın qabaqcıl korporasiyalarından geri qalmır.
Hellojob.az — Azərbaycanın ən aktiv iş elanları platformalarından biridir. Burada ölkənin bütün bölgələrindən yüzlərlə vakansiya və iş elanları hər gün yenilənir. Yeni iş axtarırsınızsa, karyeranızı inkişaf etdirmək və öz sahənizdə uyğun imkan tapmaq üçün doğru ünvandasınız. Satış, marketing, IT, dizayn, təhsil, maliyyə, logistika, tikinti, hüquq və digər onlarla kateqoriyada vakansiyalar sizin üçün əlçatandır.
Missiyamız namizədləri və işəgötürənləri bir platformada birləşdirərək iş bazarında çevik və şəffaf əlaqə yaratmaqdır. Hellojob.az vasitəsilə istifadəçilər təcrübəsinə uyğun iş elanlarını rahatlıqla tapır, müraciət edir və karyera yolunu planlaşdırır. Şirkətlər istənilən sayda iş elanları yerləşdirərək ən uyğun namizədləri qısa zamanda tapır.
Bakı vakansiyaları, Gəncə vakansiyaları, Sumqayıt iş elanları və digər bölgələr üzrə axtarış filtrimiz, eləcə də kateqoriya, maaş aralığı, təcrübə səviyyəsi və iş rejimi filtrasiya imkanları ilə axtardığını daha tez tapacaqsan. Telegram və e-poçt bildirişləri sayəsində yeni iş elanları haqqında dərhal xəbərdar ol.
Əgər HR mütəxəssis və ya şirkət rəhbərisinizsə, bir neçə addımda iş elanınızı yerləşdirin, vakansiyanın görünürlüğünü artırın və minlərlə aktiv namizəd arasından ən uyğunu ilə əlaqə qurun. Bütün elanlar yoxlanılır, aktual saxlanılır və real şirkətlərə məxsusdur.
HelloJob.az – Azərbaycanın №1 iş elanları və vakansiyalar saytı.
İş elanları necə tapılır?
Əsas səhifədə və ya “Vakansiyalar” bölməsində filtrlərdən (şəhər, kateqoriya, maaş, təcrübə, iş rejimi) istifadə edin. Axtarış çubuğunda vəzifə və ya açar söz yazaraq nəticələri daralda bilərsiniz.
Vakansiyalara necə müraciət edim?
Seçdiyiniz elan səhifəsində “Müraciət et” düyməsini klikləyin, CV-ni yükləyin və ya profilinizdən təqdim edin. Bəzi elanlarda şirkətin e-poçtu və ya forması göstərilir.
Bakı vakansiyalarını haradan izləyim?
Filtrdə şəhər olaraq “Bakı” seçin və “Ən yenilər” sıralamasını aktivləşdirin. İstəsəniz, e-poçt və ya Telegram bildirişi qoşaraq Bakı iş elanları üçün gündəlik xəbərdar olun.
Şirkətlər üçün iş elanları necə yerləşdirilir?
Şirkət hesabı yaradın, “Elan yerləşdir” bölməsinə keçin, vəzifə təsviri, tələb olunan bacarıqlar, maaş aralığı və əlaqə məlumatlarını doldurun. Elan moderasiyadan sonra yayımlanır.
Tələbələr və təcrübəsizlər üçün vakansiyalar var?
Bəli. “Təcrübə”, “Junior”, “Part-time” filtrlərini seçərək tələbələr üçün iş elanları və başlanğıc səviyyə vakansiyalarını görə bilərsiniz.
Maaş filtrini necə istifadə edim?
Maaş aralığı sürgüsünü (slider) seçin və ya minimum–maksimum dəyərləri əl ilə yazın. Bu, axtarışı real gözləntilərinizə uyğunlaşdırır.
CV-ni necə yükləyim və yeniləyim?
Profilinizdə “CV” bölməsinə keçin, PDF/DOC faylını yükləyin və ya onlayn CV formunu doldurun. Yeniləmələr dərhal müraciətlərinizdə əks olunur.
Yeni vakansiyalar üçün bildirişləri necə aktivləşdirim?
Axtarışınızı yadda saxlayın və “Bildiriş al” funksiyasını aktiv edin. Seçdiyiniz meyarlara uyğun yeni iş elanları düşdükcə e-poçt və ya Telegram vasitəsilə xəbərdar olun.
Elanlar nə qədər aktualdır?
Elanlar mütəmadi yoxlanılır və müddəti bitən vakansiyalar arxivləşdirilir. “Son yenilənmə” tarixi elanın səhifəsində göstərilir.
Dəstək ilə necə əlaqə saxlayım?
“Əlaqə” bölməsindən bizə yazın və ya dəstək e-poçt ünvanımıza müraciət edin. Şirkətlər üçün əlavə reklam və görünürlük paketləri də mövcuddur.