Şirkət haqqında

Biz işə kiçik çəlləklərdə yuyucu vasitələr istehsal etməklə başlamışıq. Bu sektordakı çətinlikləri, problemləri görərək və öyrənərək addımlamışıq. Bu gördüklərimiz bizi vadar edib ki, daima daha yaxşı olmağa, daha intizamlı işləməyə çalışaq. Seçim alternativləri keyfiyyətsiz xammallar arasında sıxışıb qalmış kiçik istehsalçıların problemlərini həll etmək, onları daha keyfiyyətli, lakin uyğun qiymətə olan xammallarla təmin etməyə çalışarkən, xəbərimiz olmadan bu yerlərə gəlib çatmışıq. Bu gün artıq 10-dan çox ölkədən mütəmadi olaraq xammallar idxal etməkdə, ölkəmizin təkcə kiçik istehsalçıları ilə yox, artıq böyük oyunçuları ilə də əməkdaşlıq etməyə başlamışıq. 5 il əvvəl sadəcə çəlləkdə yuyucu vasitə istehsalı ilə məşğul olan şirkətimiz, bu gün artıq tək yuyucu yox, həm də qida, inşaat, kənd təsərrüfatı sektorlarının da xammal tədarükçüsü ola bilmişdir. Bununla qürur duyur, lakin keçmişimizi əsla unutmuruq.

Buna görə də şirkət missiyamız hələ də dəyişməz qalır: Kiçik yerli istehsalçılara dəstək olmaq, bazarda keyfiyyətli, lakin uyğun qiymətə alternativlər yaratmaq, ən nəhayətində isə yerli istehsalı gücləndirib ölkə olaraq xaricdən asılılığımızı minimuma endirmək.

Bu missiyamızın gərəyi və məntiqi nəticəsi olaraq müştərilərimizlə daima sıx əməkdaşlıq halındayıq. Sektor fərqi olmadan, istənilən kimyəvi xammalın təchizatı ilə bağlı hər kateqoriyadan müştərilər bizə 7\24 müraciət edə bilərlər. 

Təhsil, təlim, peşəkarlıq və dürüstlüklərinə əmin olduğumuz komanda üzvlərimizlə daima sizin xidmətinizdəyik!

Faydalar