Şirkət haqqında

Codelandia Tədris Mərkəzi, dünya standartlarına uyğun təlim-tədris prosesini təcrübəli müəllimlər və ixtisaslı təlimçilərlə həyata keçirir. Tədris nəzəri və praktiki hissədən ibarətdir ki, bunun hesabına tələbələr çox sürətli və keyfiyyətli şəkildə öyrənir. Dünyanın texnologiya liderləri ilə qurduğumuz tərəfdaşlıqlar əsasında yüksək səviyyəli tədris prosesinin yanında beynəlxalq praktikaya əsaslanan təcrübə proqramı ilə bacarıqlarınızı inkişaf etdirə bilərsiniz. İT sahəsində ölkəmizin inkişafını və irəliləməsini təmin etmək məqsədi ilə bir sıra tərəfdaşlıqlar qurmuşuq. Nümunə olaraq, Türkiyədə peşəkar ekspertlərin çalışdığı Last Guard şirkəti ilə imzaladığımız memorandumu və dünyaca məşhur professorların dəstəklədiyi İsrailin Ben-Gurion Universiteti ilə “Data Science” və “Cyber Security” sahələrindəki əməkdaşlığımızı qeyd etməliyik. Yerli tərəfdaşlarımızın dəstəyi ilə tələbələrimiz “Codelandia”da təqaüdlü tədris prosesindən də faydalanır. Məsələn, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşkil etdiyi Technest proqramı ilə müxtəlif ixtisaslar üzrə təqaüdlü tədrislər təşkil edilir.

Faydalar

İş mühiti