AML üzrə mütəxəssis
Faktor Lizinq MMC
Şübhəli əməliyyatların aşkarlanması: Müştərinin maliyyə profilinə uyğun gəlməyən iri məbləğli köçürmələrin, tez-tez təkrarlanan nağdlaşdırmaların, parçalanmış ödənişlərin və ya iqtisadi məntiqi olmayan tranzaksiyaların izlənməsi. Sistem xəbərdarlıqlarının (Alert) analizi: Avtomatlaşdırılmış monitorinq proqramlarının verdiyi siqnalları təhlil edərək əməliyyatın qanuni olub-olmadığını müəyyənləşdirmək. Əlavə sənəd tələbi: Şübhə doğuran əməliyyatlar üzrə müştəridən müqavilə, invoys, vəsaitin mənbəyi və s. təsdiqedici sənədlərin istənilməsi və yoxlanılması. Şübhəli əməliyyatlar barədə məlumat (STR / SAR): Aşkarlanan şübhəli hallar üzrə araşdırma faylının hazırlanması və Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə (MMX) vaxtında hesabat göndərilməsi.Daxili hesabatlıq: Rəhbərliyə və Müşahidə Şurasına dövri AML risk hesabatlarının təqdim edilməsi. Risk əsaslı yanaşma: Müştərilərin, məhsulların, xidmət kanallarının və coğrafi zonaların risk səviyyəsinə görə kateqoriyalaşdırılması (aşağı, orta, yüksək risk). Daxili qaydaların yenilənməsi: Yerli qanunvericilikdə ("Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Qanun) və FATF tövsiyələrində olan dəyişikliklərə uyğun olaraq şirkətin daxili siyasət və prosedurlarının yenilənməsi.
Bakalavr · Maliyyə və mühasibatlıq