Xəzinədar
Mühasibat sahəsində rəqəmsal alətlər və 1C proqramı ilə işləmə bacarığına malik, dəqiq və məsuliyyətli maliyyə mütəxəssisiyəm. Maliyyə hesabatlarının hazırlanması, kassa əməliyyatlarının idarəsi və sənəd dövriyyəsinin təşkili üzrə güclü praktiki təcrübəyə sahibəm.
İRŞAD Electronics MMC
Gündəlik kassa əməliyyatlarının dəqiq aparılması və sənədləşdirilməsi; nağd və qeyri-nağd ödənişlərin idarəsi; inkassasiya proseslərinin həyata keçirilməsi; gündəlik, həftəlik, aylıq və rüblük maliyyə hesabatlarının hazırlanması; pul vəsaitlərinin qəbulu və verilməsi hesabatlarının aparılması; filiallar arası (Gəncə, Bərdə, Bakı – Masazır) koordinasiyanın təmin edilməsi; daxili audit prosedurlarına riayət edilməsi və uyğunsuzluqların müəyyən edilməsi.
"Universal" Ticarət Mərkəzi
Ticarət obyektinin gündəlik fəaliyyətinin müstəqil idarə olunması; satışların planlaşdırılması, mal qəbulu və stok nəzarəti; kassa əməliyyatlarının aparılması və gündəlik hesabatların hazırlanması; müştəri xidmətlərinin yüksək səviyyədə göstərilməsi; təchizatçılarla danışıqlar və sifarişlərin idarə edilməsi.
Dövlət Sosial Müdafiə Fondu
Mühasibat uçotu üzrə ilkin sənədlərin qəbulu, yoxlanması və arxivləşdirilməsi; maliyyə əməliyyatlarının mühasibat sisteminə daxil edilməsi; aylıq hesabatların hazırlanmasında iştirak; sənəd dövriyyəsinin elektron və kağız şəklində idarə edilməsi; 1C mühasibat proqramı ilə ilkin iş bacarıqlarının formalaşdırılması.
Bakalavr · Mühasibat uçotu və audit
Bakalavr · Mühasibat uçotu (kurs)