Hüquqşünas
Korporativ hüquq, müqavilə işi, məhkəmə və inzibati təmsilçilik sahəsində təcrübəyə malikəm. Şirkətlərin dövlət qeydiyyatı, müqavilələrin hazırlanması və hüquqi ekspertizası ilə məşğul olmuşam.
Embawood MMC
Aylıq təxminən 100 müxtəlif növ müqavilənin tərtibi və hüquqi ekspertizası, kontragentlərlə razılaşdırma. Məhkəmə proseslərində şirkətin nümayəndəsi kimi çıxış, dövlət orqanları ilə yazışmalar, notariat və ASAN əməliyyatları, əmək münasibətləri üzrə dəstək, əmtəə nişanlarının qeydiyyatı.
The Consulting Azerbaijan MMC
45-dən çox hüquqi şəxsin dövlət qeydiyyatı və təsis sənədlərində dəyişikliklər, VÖEN açılması. Müqavilələrin hazırlanması və ekspertizası. Əcnəbilər üçün müvəqqəti yaşamaq və iş icazələrinin alınmasında dəstək, bank və vergi portalı prosedurları.
Small Medium Enterprises MMC
Müqavilə formalarının və beynəlxalq sazişlərin hazırlanması və hüquqi ekspertizası. Hüquqi şəxslərin təsisi və dövlət/ictimai təşkilatlarla yazışmalar. Fiziki şəxslərin vergi, notariat və digər dövlət orqanlarında təmsilçiliyi.
A+CO ASC
Müqavilələrin və daxili normativ sənədlərin hazırlanması və təhlili, hüquqi sənədlər bazasının təsnifləşdirilməsi və arxivləşdirilməsi. Məhkəmə və hüquq-mühafizə orqanlarına müraciət sənədlərinin hazırlanması.
LCC MMC
Məhkəmə sənədlərinin hazırlanması, Elektron Məhkəmə Portalında iş, problemli debitorlarla əlaqə və aylıq hesabatların tərtibi. Müştərilərin inzibati orqanlarda və notariat əməliyyatlarında təmsil olunmasına dəstək.
Magistr · Beynəlxalq hüquq
Bakalavr · Hüquqşünaslıq