Tibb bacısı
Tibb sahəsinə olan marağım və insanlara yardım etmək istəyi məni bu peşəyə yönləndirib. Öz bilik və bacarıqlarımı daim inkişaf etdirərək pasiyentlərə keyfiyyətli və təhlükəsiz tibbi xidmət göstərməyə çalışıram. Məsuliyyətli, diqqətli, gülərüz və komandada işləməyi bacaran bir tibb işçisiyəm.
International 1 Klinikası
Əməliyyat öncəsi və sonrası pasiyentlərin hazırlanması; tibbi personalın əməliyyata hazırlıq prosesinə dəstək; əməliyyat zamanı həkimə assistentlik; tibbi alət və avadanlıqların sterilizasiyası və hazırlanması; pasiyentə qulluq və vəziyyətinin izlənməsi; gigiyena və aseptika qaydalarına tam riayət.
Mamalıq və Ginekologiya İnstitutu
Yenidoğulmuşlara gündəlik tibbi və gigiyenik qulluq göstərilməsi; həyati göstəricilərin ölçülməsi və monitorinqi; intravenoz inyeksiyaların aparılması; venoz kateterlərin qoyulması və infuziya sistemləri ilə işləmək; dərman preparatlarının hazırlanması və tətbiqi; inkubator və neonatal tibbi avadanlıqlarla işləmək; reanimasiya və intensiv terapiya prosedurlarında iştirak; pasiyentlərin vəziyyətinin müşahidəsi və dəyişikliklərin vaxtında bildirilməsi; aseptika və antiseptika qaydalarına riayət edilməsi. (4 ay)
Orta təhsil · Mamalıq fakültəsi