Müəllim
Koreya dili üzrə təhsil alan və bu sahədə pedaqoji fəaliyyət göstərən, öyrənməyə və peşəkar inkişafına daim önəm verən biriyəm. Tədris prosesində tələbələrin fərdi ehtiyaclarını nəzərə alaraq effektiv və interaktiv metodlardan istifadə etməyə üstünlük verirəm. Güclü kommunikasiya, məsuliyyətlilik, analitik düşünmə və komandada işləmək bacarıqlarına sahibəm. Bilik və təcrübəmi daim inkişaf etdirərək peşəkar fəaliyyətimdə yeni nailiyyətlər əldə etməyi hədəfləyirəm.
Frilans
Müxtəlif səviyyələr üzrə (A1–B2) Koreya dili dərslərinin təşkili və tədrisi. Tələbələrin dil bilikləri və ehtiyaclarına uyğun fərdi tədris proqramlarının hazırlanması. Koreya dilinin qrammatika, söz ehtiyatı, oxu, yazı, dinləmə və danışıq bacarıqlarının inkişaf etdirilməsi. TOPIK I və TOPIK II imtahanlarına hazırlıq dərslərinin keçirilməsi. Dərs materiallarının, təqdimatların, testlərin və praktiki tapşırıqların hazırlanması. Tələbələrin bilik səviyyəsinin qiymətləndirilməsi və inkişafının mütəmadi izlənilməsi. İnteraktiv tədris metodlarından istifadə etməklə dərslərin daha effektiv və maraqlı təşkil edilməsi. Koreya mədəniyyəti, gündəlik danışıq və real kommunikasiya bacarıqlarının tədris prosesinə inteqrasiyası.
Bakalavr · Koreya dili üzrə tərcüməçilik