Satış təmsilçisi
İqtisadiyyat üzrə yüksək ortalama ilə bakalavr dərəcəsini bitirmişəm. Müştərilər və həmkarlarımla effektiv ünsiyyət qurmaq bacarığına sahibəm. Kreativ yanaşmaqla problemləri sürətlə və səmərəli həll edirəm, yeniliklərə açıq və tez öyrənirəm.
166 karqo
Filiala gələn bağlamaları rəflərə yığdım (100-ə qədər). Gün ərzində müştərilərə bağlamalarını təhvil verdim, suallarını cavablandırdım və ya digər əməkdaşlara/qurumlara yönəltdim. Gün sonu görülən işlə bağlı məlumat verdim və problemləri lazımi şəxslərə bildirdim.
Kapital bank
Filialda müştəriləri qarşıladım və ilkin məlumat verdim. Gün ərzində 30-40-a qədər yeni debet kartını aktivləşdirdim. Komanda ilə əməkdaşlıq etdim və filialın iş axınına tez uyğunlaşdım.
Ərzaq mağazası
Müştərilərlə nəzakətli və diqqətli davrandım. Məhsulların təqdimatında və vitrin səliqəsinin qorunmasında iştirak etdim. Rəflərdə məhsul ehtiyatını izlədim və çatışmazlıqlar barədə məlumat verdim. Kassada ödənişləri düzgün həyata keçirdim.
Bakalavr · İqtisadiyyat