Aqrar mütəxəssis
Aqronomluq sahəsində təhsil almış, kənd təsərrüfatı və sahə idarəetməsi istiqamətində praktiki təcrübəyə malik məsuliyyətli mütəxəssisəm. Sahə işlərinin planlaşdırılması, təşkili və icrasına nəzarət, eləcə də aqrotexniki proseslərin koordinasiyası istiqamətində təcrübəyə malikəm. Bilik və bacarıqlarımı sahə idarəetməsi üzrə tətbiq edərək iş proseslərinin səmərəli təşkilinə töhfə verməyi hədəfləyirəm.
Agro Food Investments (Grand Agro MMC)
800 hektar əkin sahəsində gündəlik işlərin planlaşdırılması, təşkili və icrasına nəzarət edilməsi. Sahə üzrə aqrotexniki tədbirlərin vaxtında və düzgün həyata keçirilməsinin koordinasiya edilməsi.
BioNar MMC
Nar bağlarında gündəlik sahə işlərinin planlaşdırılması və iş prosesinin koordinasiya edilməsi. Aqrotexniki və bitki mühafizəsi tədbirlərinin icrasına nəzarət edilməsi.
Azersun Holding
Meyvə bağlarında aqrotexniki tədbirlərin planlaşdırılması və sahə işlərinin koordinasiya edilməsi.
Aqrar Xidmətlər Agentliyi (Kənd Təsərrüfatı Nazirliyi yanında)
Bitki xəstəlikləri və zərərvericilərin monitorinqinin aparılması və mübarizə tədbirlərinin sahə üzrə təşkili.
Cənnət Agro MMC
Bitki yetişdirilməsi, çeşidlərə uyğun becərilmə prinsiplərinin yerinə yetirilməsi işləri ilə məşğul olmuşam. 50 hektardan çox yerə nəzarət etmişəm.
Bakalavr · Bağçılıq və tərəvəzçilik