Administrator
Pərakəndə satış sahəsində 2019-2026-cı illərdə mağaza müdirliyi ilə yanaşı, 3 il boyunca paralel olaraq İnsan Resursları (İR) və İT funksiyalarını da uğurla icra etmiş çoxşaxəli idarəçiyəm. Bölgə müdir müavini və mentor kimi komandaların idarə edilməsi, inventarizasiya proseslərinin auditi, kadr seçimi və daxili İT sistemlərinin koordinasiyasında geniş təcrübəm var. Multitaskinq (çoxfunksiyalı) iş bacarığım, analitik təfəkkürüm və liderliyimlə şirkətinizə yüksək dəyər qatmağı hədəfləyirəm
"OBA Market" Məhdud Məsuliyyətli Cəmiyyəti
Region üzrə mağazaların satış fəaliyyətinə və hədəflərinə nəzarət. Mağaza müdirliyi ilə yanaşı, paralel olaraq 3 il daxili İR (kadr seçimi, adaptasiya) və İT idarəetmə funksiyalarının icrası. Dövrü inventarizasiya (sayım) işlərinin təşkili, mal qalığının və itkilərin audit edilərək minimuma endirilməsi. Yeni mağaza əməkdaşlarına və rəhbər heyətə mentorluq edərək şirkət standartlarının öyrədilməsi, peşəkar kadrların yetişdirilməsi və komanda motivasiyasının yüksəldilməsi.