Mütəxəssis psixopedaqoq
Xüsusi qayğıya ehtiyacı olan uşaqların təlim-tərbiyəsi, inkişafı və sosial adaptasiyası sahəsində 20 illik təcrübəyə malik psixopedaqoqam. 2006-cı ildən xüsusi internatda tərbiyəçi-müəllim, 2023-cü ildən isə Logo CENTER PNİM-də psixopedaqoq kimi çalışıram. Autizm spektr pozuntusu, intellektual inkişaf ləngiməsi və davranış çətinlikləri olan uşaqlarla fərdi yanaşma əsasında korreksiya-inkişaf işi aparıram.
Logo CENTER PNİM
Autizm spektr pozuntusu, intellektual inkişaf ləngiməsi, digər inkişaf ləngimələri və davranış çətinlikləri olan uşaqlarla fərdi ehtiyaclara uyğun korreksiya və inkişaf işinin aparılması. Psixopedaqoji dəstəyin göstərilməsi, idrak, ünsiyyət və gündəlik həyat bacarıqlarının inkişafı. Valideynlərlə əməkdaşlığın təşkili.
Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 saylı xüsusi internat
Uşaqların asudə vaxtının təşkili, ev tapşırıqlarının izahı və yerinə yetirilməsində fərdi dəstək. Təlim-tərbiyə prosesində iştirak, uşaqlarda özünəxidmət, ünsiyyət və sosial bacarıqların formalaşdırılmasına töhfə.
Magic Babies bağçası
Məktəbəqədər yaşlı uşaqlarla psixopedaqoji istiqamətdə iş, inkişafa və məktəbə hazırlığa dəstək.
Bakalavr · İbtidai təhsilin pedaqogikası və metodikası