Logistika mütəxəssisi
Hərbi təhsil və idarəetmə sahəsində təcrübəyə malik zabitəm. 2017-ci ildən etibarən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin tabeliyində müxtəlif vəzifələrdə xidmət etmişəm. Təlim-tədris prosesinin təşkili, şəxsi heyətin idarə olunması, əmlak və inventar uçotu, maddi-texniki təminat, sənədləşmə və hesabatlılıq sahələrində praktiki təcrübəyə malikəm. Mülki sektorda logistika, təchizat, anbar idarəçiliyi və inzibati əməliyyatlar üzrə bilik və bacarıqlarımı tətbiq etməyi hədəfləyirəm.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi, N saylı hərbi hissə
Şəxsi heyətin gündəlik fəaliyyətinin təşkili, idarə olunması və nəzarəti. Bölüyün tapşırıqlarının planlaşdırılması və icrasına nəzarət. Texnika, avadanlıq, inventar və digər maddi sərvətlərin uçotu və qorunmasına nəzarət. Elektron və kağız daşıyıcılarda sənədləşmə və hesabatların aparılması. Qəbul-təhvil, yoxlama və inventarizasiya proseslərinin təşkili. İntizamın, təhlükəsizlik qaydalarının və daxili prosedurların təmin edilməsi.
Heydər Əliyev adına Hərbi İnstitut
Tədris prosesinin hazırlanması və təşkilinə dəstək, sonrakı mərhələdə dərslərin tədrisi. Tədris materiallarının və müvafiq sənədlərin hazırlanması. Kursantlarla iş, bilik və bacarıqların qiymətləndirilməsi. Tapşırıqların, tədris planlarının və gündəlik fəaliyyətin vaxtında icrasının təmin edilməsi.
Bakalavr · Xüsusi təyinatlı texnika və sistemlər