Satış təmsilçisi
Marketinq üzrə ali təhsilə, 3 illik pərakəndə satış və e-ticarət təcrübəsinə malikəm. Müştəri ehtiyaclarının müəyyənləşdirilməsi, məhsul təqdimatı və satış prosesinin təşkili üzrə bacarıqlara sahibəm. Məsuliyyətli və nəticəyönümlü yanaşmamla müştəri məmnuniyyətinə önəm verirəm.
eBay Marketplace
Mağazanın gündəlik fəaliyyətinin təşkili, sifarişlərin izlənilməsi, məhsul ehtiyatlarının idarə edilməsi və logistika proseslərinin koordinasiyası. Müştəri müraciətlərinin operativ cavablandırılması, təchizatçıların seçilməsi, məhsul çeşidinin yenilənməsi, satış göstəricilərinin təhlili və maliyyə hesabatlarının hazırlanması.
Bizim Market MMC
Nağd və bank kartları vasitəsilə ödənişlərin qəbulu, kassa aparatları ilə əməliyyatların aparılması, müştəri çeklərinin təqdim edilməsi və gün sonu kassa hesabatlarının hazırlanması. Müştəri müraciətlərinin cavablandırılması, məhsulların qaytarılması və dəyişdirilməsi prosesinin həyata keçirilməsi, kassa zonasının təmizliyinə və səliqəsinə nəzarət.
Magistr · Menecment
Bakalavr · Biznes və Menecment