Tikinti rəhbəri
Mexanika mühəndisliyi üzrə təhsilə, tikinti, texniki ofis və metal konstruksiya işlərində 5 ildən artıq ümumi təcrübəyə malik mühəndisəm. Tikinti və təmir işlərinin təşkili, sahə heyətinin və subpodratçıların koordinasiyası, material təminatının planlaşdırılması və işlərin keyfiyyətinə nəzarət üzrə çalışıram. İş metodologiyalarının, iş həcmləri cədvəllərinin (BOQ) və irəliləyiş hesabatlarının hazırlanması üzrə təcrübəm var. AutoCAD, SolidWorks və MS Office bacarıqlarımla texniki çertyojların hazırlanması, material sərfiyyatının hesablanması və istehsal-montaj işlərinin koordinasiyasını dəstəkl
By Medgalchi
Tikinti sahəsində bütün icra proseslərinə rəhbərlik edərək layihənin qrafik üzrə irəliləməsini təmin etdim. Layihə və texniki sənədlər əsasında sahə işlərini koordinasiya etdim və icraya nəzarət etdim. İşçi heyətinin idarə olunması, tapşırıqların verilməsi və icra nəticələrinin yoxlanılmasını həyata keçirdim. Material, texnika və resurslardan səmərəli istifadəni təmin etdim. Əmək və texniki təhlükəsizlik standartlarının tətbiqinə nəzarət etdim. Rəhbərliyə mütəmadi hesabatlar təqdim etdim.
Elor Construction MMC
Tikinti sahəsində gündəlik işlərin planlaşdırılmasına və icrasına nəzarət etdim. Layihə, texniki rəsmlər və smeta sənədlərinə uyğun işlərin icrasını təmin etdim. Usta və fəhlə heyətinin iş bölgüsünü apardım, materialların qəbulu və sərfiyyatına nəzarət etdim. Texniki ofis və rəhbərliklə koordinasiyalı hesabatlar təqdim etdim.
SMCS MMC
AutoCAD və texniki rəsmlərlə layihələrə texniki nəzarət edərək konstruksiya uyğunluğunu təmin etdim. Material sərfiyyatını Excel və texniki hesablamalarla optimallaşdırdım. Kəsim, qaynaq və montaj ölçülərini hazırlayaraq istehsalat heyətinə təqdim etdim. Müştərilərlə texniki spesifikasiyalar üzrə razılaşmalar əldə etdim.
Goldmystic MMC
Layihələrin texniki icrasına nəzarət edərək normativ sənədlərə uyğunluğunu təmin etdim. Excel və texniki hesablama proqramları ilə material sərfiyyatını planlaşdırıb büdcəyə uyğun optimallaşdırdım. Texniki rəsmlər əsasında ölçülər hazırlayaraq montaj prosesi üçün sənədləşdirdim. Müştərilərlə layihə mərhələləri üzrə razılaşdırılmış dəyişikliklərə nail oldum.
Az-Met Group MMC
Metal konstruksiya layihələrinin icrasına və texniki uyğunluğuna nəzarət etdim. Texniki tapşırıqlara əsasən detallı istehsal rəsmləri hazırladım. Material sərfiyyatını hesablayaraq istehsalat prosesinin planlaşdırılmasına dəstək verdim.
Alles Construction MMC
Tikinti sahəsində layihəyə uyğun referans və nivelir ölçülərinin verilməsində iştirak etdim. Beton işləri üzrə ölçülərin verilməsi və icra zamanı düzgünlüyün yoxlanılmasını həyata keçirdim.
Magistr · Neft-qaz istehsalının maşın və avadanlıqları
Bakalavr · Mexanika mühəndisliyi
Bakalavr · Mexanika mühəndisliyi