Sosial Media Marketinq (SMM) mütəxəssisi
Məsuliyyətli, məqsədyönlü və öyrənməyə açıq biriyəm. Yeni biliklər əldə etməyə, fərqli sahələr üzrə məlumatlılığımı artırmağa və özümü peşəkar baxımdan inkişaf etdirməyə xüsusi önəm verirəm. Komanda ilə işləmək, müstəqil qərar vermək, qarşıya qoyulan vəzifələri vaxtında və keyfiyyətlə yerinə yetirmək bacarığına malikəm. Çətinliklərə analitik yanaşır, yeni təcrübələr qazanmağa və fərqli ideyalara açıq olmağa çalışıram.
Prezidentin İşlər İdarəsinin redaskiyası - "Xalq qəzeti"
- İctimai-siyasi, iqtisadi və sosial mövzularda xəbər və analitik məqalələrin hazırlanması; - Aktual hadisələrin araşdırılması, məlumatların toplanması və faktların yoxlanılması; - Dövlət qurumları, ekspertlər və digər müsahiblərlə əlaqələrin qurulması; - Müsahibə və reportajların hazırlanması; - Rəsmi statistika, hesabat və informasiya mənbələrinin təhlili; - Gündəlik informasiya gündəminin izlənilməsi və aktual mövzuların müəyyənləşdirilməsi. - Ölkədə və dünyada baş verən siyasi və iqtisadi proseslərin təhlili, onların mümkün təsirlərinin qiymətləndirilməsi; - Makroiqtisadi göstəricilərin, statistik məlumatların və beynəlxalq hesabatların araşdırılması; - Aktual ictimai-siyasi və iqtisadi mövzular üzrə analitik-publisistik məqalələrin hazırlanması; - Regional və qlobal proseslərin Azərbaycanın milli maraqları və iqtisadi inkişafı kontekstində təhlili; - Müxtəlif mənbələrdən əldə olunan məlumatların müqayisəli təhlili və əsas nəticələrin oxucuya təqdim edilməsi.
"Respublika qəzeti"
Bakalavr · Jurnalistika (ingilis dilində)