Ofis meneceri
Sənədləşdirmə sahəsində çalışan, məsuliyyətli və detallara diqqət yetirən mütəxəssisəm. Sənədlərin hazırlanması, yoxlanılması və düzgün şəkildə idarə olunması üzrə təcrübəyə sahibəm. Öyrənməyə açıq, sistemli və nəticəyönümlü yanaşmamla peşəkar biliklərimi inkişaf etdirməyi, daha geniş imkanlar təqdim edən bir mühitdə çalışaraq karyera yüksəlişinə nail olmağı hədəfləyirəm.
Makro2000 Yapı İnşaat Anonim Şirkətinin Azərbaycan Respublikasındakı filialı
Daxil olan və göndərilən sənədlərin qeydiyyatının aparılması və sistemləşdirilməsi. Rəsmi sənədlərin hazırlanması, yoxlanılması və arxivləşdirilməsi. Sənədlərin düzgün dövriyyəsinin və vaxtında təqdim olunmasının təmin edilməsi. Müvafiq şöbələrlə sənədləşdirmə prosesləri üzrə koordinasiyanın həyata keçirilməsi. Sənədlərin məxfiliyinin və mühafizəsinin təmin edilməsi. Gündəlik sənədləşdirmə və inzibati işlərin həyata keçirilməsi.
Azərbaycan Respublikasının Milli Məclisi İcra Hakimiyyəti Bölməsi
Müzakirə olunan siyasət və qanun layihələri üzrə araşdırmalar aparmış, parlament fəaliyyəti üçün arayışlar və qısa xülasələr hazırlamışam. Sənədlərin təşkili, iş qrafiklərinin idarə olunması və iclaslar üçün materialların hazırlanmasına kömək etməklə inzibati dəstək göstərmişəm. Parlament komitələrinin fəaliyyətinə dəstək olaraq iclaslar zamanı ətraflı qeydlər aparmış və müzakirələr üçün ilkin araşdırmalar həyata keçirmişəm.
Bakalavr · Beynəlxalq münasibətlər və iqtisadiyyat
Magistr · Beynəlxalq münasibətlər və diplomatiya