Ofis meneceri
Mühasibatlıq, maliyyə sənədləşməsi, inzibati işlər və əməliyyatların təşkili sahələrində praktiki təcrübəyə malik mütəxəssisəm. Elektron sənəd dövriyyəsi, e-qaimələr, vergi portalları, maliyyə əməliyyatları və gündəlik iş proseslərinin koordinasiyası üzrə təcrübəliyəm. İşlərin sistemli təşkili, məlumatların düzgün işlənməsi, sənədlərin yoxlanılması və operativ məsələlərin həlli bacarıqlarına malikəm. Məsuliyyətli, diqqətli, ünsiyyətcil və yeni iş mühitinə sürətli uyğunlaşan əməkdaşam.
Grandstone MMC
Mühasibat sənədlərinin hazırlanması, yoxlanılması və sistemləşdirilməsi; e-qaimələrin yaradılması, göndərilməsi və qəbul edilməsi; debitor və kreditor borclarının izlənilməsi; vergi öhdəlikləri və elektron vergi sistemləri ilə işləmək; gündəlik maliyyə əməliyyatlarının uçotu.
MEEEX MMC
Layihə üzrə sənədləşmə və koordinasiya işlərinin həyata keçirilməsi; şöbələr arasında iş prosesinin əlaqələndirilməsi; mühasibatlıq üzrə gündəlik əməliyyatlar; sənədlərin hazırlanması və yoxlanılması.
S-AVTO Company MMC
Mühasibat və maliyyə sənədlərinin işlənməsi; gündəlik maliyyə əməliyyatlarının uçotu; debitor və kreditor hesablaşmalarının izlənilməsi; e-qaimələrin hazırlanması; vergi sənədləri və elektron portallarla işləmək.
SESS Company
Müştərilərlə əlaqələrin qurulması; satış prosesinin təşkili və sifarişlərin izlənilməsi; müştəri ehtiyaclarının müəyyənləşdirilməsi; satış sənədlərinin hazırlanması; müştəri məmnuniyyətinin təmin edilməsi.
Ekskuliz Elektrik
Mühasibatlıq üzrə ilkin sənədlərin işlənməsi; məlumatların sistemə daxil edilməsi və yoxlanılması; sənədlərin qeydiyyatı və arxivləşdirilməsi; gündəlik əməliyyatların icrası.
AHK Azerbaijan – JV Marriott Absheron
Tədbirlərin təşkili və koordinasiyasına dəstək; qonaqların qarşılanması və yönləndirilməsi; komanda ilə birgə iş.
Bakalavr · İnşaat mühəndisi